"Bakı" “Lans”la əməkdaşlıq müqaviləsi imzaladı

27.09.2013 | 5060 dəfə oxunub

“Bakı” və “Lans” arasında işbirliyi yeni müstəviyə qədəm qoymaqdadır. Stadium.az xəbər verir ki, bu işlərin məntiqi davamı olaraq Parisdə klublar arasında əməkdaşlıq sazişi imzalanıb. Fransanın paytaxtında keçirilən ənənəvi beynəlxalq turizm sərgisində Azərbaycanın idman sektorunu təmsil edən "Bakı"nın "Lans"la əməkdaşlıq müqaviləsinin imza törəninin, məhz, bu məkanda baş tutması da təsadüfi deyil. Tədbiri Azərbaycanın Fransadakı səfirinin müşaviri Elmar Məmmədov açıb. Cənab Məmmədov Azərbaycan və Fransanın müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirərək, bu əlaqələrin hər iki ölkə üçün böyük əhəmiyyət daşıdığını ifadə etdi. "Bakı" futbol klubunun bu baxımdan önəmli müqavilə imzalamasını yüksək dəyərləndirən diplomat əməkdaşlığın xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcəyini bildirdi.

Ardından söz alan “Bakı” futbol klubunun icraçı-direktoru Yaşar Seyidov azərbaycanlı yeniyetmə futbolçuların Fransada çıxışının ölkə üçün xüsusi önəmini və gələcəkdə onların müxtəlif yaş qruplarından ibarət yığmaya da fayda verəcəyini diqqətə çatdırdı.

“Lans” klubunun prezidenti Jerve Martel çıxışı zamanı bu yöndə “Bakı"ya dəstək veriləcəyini və bunun hər iki ölkə futbolu üçün vacibliyini vurğuladı. Həmçinin, o, bu günlərdə UEFA prezidenti Mişel Platininin Bakıya səfərinə diqqət ayıraraq Azərbaycanda futbolun inkişafına ciddi önəm verildiyini ifadə etdi.

Daha sonra "Bakı" və "Lans" klubları arasında əməkdaşlıq sazişinin imzalandı. Sonda klub rəsmiləri və futbolçular xatirə şəkli çəkdirdi.

Sonda onu da əlavə edək ki, təntənəli imzaetmə mərasimində Fransa futbolunun ulduz futbolçuları Jan Pyer-Papen, Olivye Dakurla yanaşı veteran futbolçumuz, olimpiya çempionu İqor Ponomoryov da iştirak edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail