"Hafiz Məmmədov bizim klubun xilaskarıdır"

27.09.2013 | 4526 dəfə oxunub

Parisdə keçirilən ənənəvi turizm sərgisinin məkanı olan Top Resa sərgi salonunda baş tutan imzalanma mərasimindən sonra mətbuat konfransı təşkil edildi. Stadium.az xəbər verir ki, “Lans” futbol klubunun prezidenti Jerve Martel və ”Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidovun qatıldığı konfransda müqaviləninin detallarını və əhəmiyyətini əks etdirən məqamlar açıqlandı.

Klub rəsmiləri salona toplaşan çoxsaylı media nümayəndələrinin suallarını cavablandırdılar. Xüsusən də, cənab Jerve Martelin fikirləri böyük marağa səbəb oldu.

“İlk olaraq cənab Hafiz Məmmədova təşəkkürümü bildirmək istəyirəm. Hafiz müəllim bizim klubumuzun xilaskarıdır.  O, çətin durumda olan “Lans”a dəstək verməklə 100-dən artıq yaşı olan klubumuza ikinci nəfəs verdi. Biz bunun məsuliyyətini dərk edirik. Komandamız Fransa 1-ci liqasına vəsiqə uğrunda mübarizə aparır və mən sizə söz verirəm ki, biz bu çətin vəzifənin öhdəsindən gələcəyik.

Azərbaycan bizim üçün çox maraqlı ölkədir. Fransa və Azərbaycan müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər. Biz Azərbaycanın sürətli inkişafının şahidiyik. Ölkəniz qısa müddət ərzində böyük yol qət edib.

Vurğulamaq istəyirəm ki, Azərbaycan idmana böyük diqqət ayrılan lider ölkələrdən biridir.  Təsadüfi deyil ki, bu maraq ölkə sərhədlərini aşaraq Fransaya qədər uzanıb. Biz “Azərbaycan Land of Fire” titullu reklamı ilə çıxış etməkdən qürur duyuruq.  Azərbaycana etdiyim səfərlər nəticəsində formalaşan fikirlərimə görə bu ölkənin parlaq gələcəyi var.

Bu ölkənin Hafiz Məmmədov kimi fədakar insanları var. İnanıram ki, əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq. Azərbaycan futbolunun inkişafına öz təhfəmizi vermək istəyirik. Arzu edərdim ki, yaxın zamanlarda “Lans”da azərbaycanlı futbolçuların çıxışlarını izləyək. Bunun üçün bütün zəruri şəraiti yaratmağa hazırıq.

Lans Fransanın ən gənc şəhərlərindən biridir. Nor-Pa-De-Kale əyalətinin 4 milyon əhaliyə malik əhalisi “Lans” futbol klubu ilə nəfəs alır.  Sonda bir daha cənab Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm ki, “Lans”a dəstək verməklə, həm klubun ənənələrini yaşadır, həm də Azərbaycan futbolunun inkişafına yönəlmiş fəaliyyətində aparıcı ölkələrin təcrübəsindən yararlanaraq öz xalqına xidmət etmiş olur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail