"Sumqayıt" Futbol Klubunda Müşahidə Şurası elan edildi

27.09.2013 | 5395 dəfə oxunub

2013-cü ilin avqust ayında AFFA-nın İcraiyyə Komitəsinin keçirilmiş iclasında Azərbaycan Premyer Liqasında çıxış edən klublarda İdarə heyətinin yaradılması ilə bağlı qərar qəbul olunub. Stadium.az xəbər verir ki, bununla əlaqədar olaraq, "Sumqayıt" Futbol Klubu Müşahidə Şurasının tərkibini elan etmək məqsədi ilə mətbuat konfransı təşkil edib. Yeni stadionda baş tutan tədbirdə “Sumqayıt” FK-nun prezidenti Kamran Quliyev çıxış edərək Müşahidə Şurasının tərkibi haqqında məlumat verib. Əvvəlcə gələn qonaqları salamlayan klubun rəhbəri "Sumqayıt" FK-nun yeni strukturu haqqında danışıb. Quliyev Müşahidə Şurasının hansı məqsədlər əsasında yarandığına aydınlıq gətirərək şuranın vəzifələrini açıqlayıb. Qeyd edildiyi kimi Müşahidə Şurasına dəvət alan şəxslər birbaşa klubun təsisçiləri tərəfindən işə dəvət olunur. Şuranın əsas vəzifəsi ictimai iş olaraq klubun rəhbərini seçmək və ya işdən azad etmək, rəhbərliyə müəyyən təklif və tövsiyyələr vermək, klubun idarəetmə işinə nəzarət etmək, əlaqələrin genişləndirilməsi, kluba yeni investitsiyaların cəlb olunmasından və s. ibarət olacaq.

Daha sonra Kamran Quliyev KİV nümayəndələrinin suallarını cavablandırıb.  

Ardınca jurnalistlər klubun rəhbərliyi ilə birlikdə yeni stadionunla tanış olub. Yeni arenanın mətbuat konfransı otağı, fitnes zalı, soyunub-geyinmə və dopinq otaqlarında olan qonaqlar mərkəz haqqında fikir müdadiləsi aparıb. Quliyev isə öz növbəsində yeni stadionun tikintisində böyük rolu olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, Azərikimya İstehsalat Birliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına öz münnətdarlığını bildirib.

"Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının tərkibi
1. Muxtar Babayev - "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri
2. Hacı Salayev - Millət vəkili
3. Elgin Həbibullayev - Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini
4. Vaqif Ömərov - "Azərikimya" İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri
5. Mürsəl Rüstəmov - "Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri
6. Telman Salahov - Əməkdar məşqçi, SSRİ idman ustası, futbol veteranı
7. Abdulla Məmmədov - Azərbaycan Respublikasının fəxri bədən tərbiyyəsi və idman işçisi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail