UEFA-nın rəsmi saytı "Syominin qalib "Qəbələ" düsturu"ndan yazdı

28.09.2013 | 5131 dəfə oxunub

"Qəbələ"nin cari mövsümdəki uğurlu çıxışı UEFA-nın rəsmi internet səhifəsində işıqlandırılıb. Stadium.az xəbər verir ki, Avropanın ali futbol qurumu saytında komandanın Yuri Syominlə başlayan yeni inkişaf mərhələsindən bəhs edib. "Syominin qalib "Qəbələ" düsturu" başlıqlı yazıda "qırmızı-qaralar"ın Rusiyanın tanınmış futbol mütəxəssisinin gəlişindən sonra uğur qazanmağa başlamasından söhbət açılıb. Mətndə “Lokomotiv" (Moskva) və “Dinamo"da (Kiyev)  çalışmış mütəxəssisin fikirlərinə də yer verilib. Syomin açıqlamasında "Qəbələ"dən təklif almasından, klubun infrastrukturundan və hədəflərindən bəhs edib:

 “Qəbələ"dən təklif aldıqdan sonra ölkə haqqında məlumat aldım, klubun infrastrukturu və hədəfləri barədə maraqlandım. Klubun prezidenti ilə söhbət etdikdən sonra qərar vermək üçün bir az düşündüm, komandanın bəzi liqa oyunlarına baxdım və nəhayət təklifi qəbul etdim. Ümumiyyətlə, burada olmağıma şadam, komandamı yüksək zirvələrdə, o cümlədən liqanın yüksək kürsüsündə görmək istəyirəm. Bunun üçün çox çalışırıq, gənc futbolçuların inkişafı üçün xeyli vaxt sərf edirik. Məsələn, həftədə bir dəfə əsas komanda ilə əvəzedici komanda arasında oyun təşkil edirik. Bu isə gənclərin inkişafına çox kömək edir".

Syomin söhbət zamanı Azərbaycanın inkişaf tempindən danışıb və onu daha əvvəl çalışdığı Tacikistan və Yeni Zenlandiya ilə müqayisə edib. O, Bakının artıq megapolis olduğunu, getdikcə daha gözəl və müasir görkəm aldığını, burada futbola böyük sərmayə qoyulduğunu söyləyib. Rusiyalı mütəxəssis komandanın hazırkı durumunu dəyərləndirməyi də unutmayıb: “Hər kəs bizdən ölkə çempionatında yüksək yer tutmağı və ya heç olmasa Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanmağımızı gözləyir. Hazırda komandamdan razıyam, amma hələ çatışmazlıqlarımız var. Müdafiə xəttimizi gücləndirməliyik və sabit oyun nümayiş etdirməliyik. Komandaya yeni qoşulan futbolçuların səviyyəsi məni razı salır, amma onların əsl səviyyəsi  barədə gələn ilin mayında müzakirə apara bilərik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail