"Dünənki heç-heçədən sonra mütləq qalib gəlməliyik"

29.09.2013 | 5117 dəfə oxunub

"Bugünkü oyuna ancaq qələbə üçün çıxacağıq. "Simurq" zəif komanda deyil. Buna baxmayaraq, məqsədimiz ancaq 3 xal qazanmaqdı". Stadium.az-a verdiyi açıqlamada bu sözləri "Qəbələ"nin futbolçusu Amit Quluzadə dedi.

Gənc futbolçu dünən baş tutan "Neftçi" - "Qarabağ" oyununda qeydə alınan heç-heçənin komandasına faydalı olacağını düşünür: "Dünən "Neftçi" ilə "Qarabağ"ın heç-heçə etməsi bizim xeyrimizədir. Bu gün qələbə qazanacağımız halda, onlardan artıq 3 xal irəli çıxacağıq. Məhz bu heç-heçədən sonra komandamız oyuna daha ciddi yanaşmalı və 3 xal qazanmalıdır".

"Qəbələ" ev oyunlarını yüksək səviyyəli təbii ot örtüyündə keçirsə də, bugünkü matç "Şəfa"da baş tutacaq. Bununla belə, Quluzadə süni örtüyün "Qəbələ" üçün problem yaratmayacağını hesab edir: "Yox, süni ot örtüyü bizə problem yarada bilməz. Onsuz da Azərbaycanda belə meydançaların sayı çoxdur. Demək olar ki, 2-3 turdan bir süni ot örtüyü üzərində oynayırıq".

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail