"Qəbələ": ilk gündə 1 qələbə, 1 məğlubiyyət

30.09.2013 | 4634 dəfə oxunub

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Ukrayna Prezidenti Kubokunda çıxışını davam etdirir. Stadium.az xəbər verir ki, "Artek" Beynəlxalq Uşaq İstirahət Mərkəzində keçirilən turnirdə "Qəbələ" artıq qrup mərhələsi çərçivəsində iki oyun keçirib. İlk oyunda "qırmızı-qaralar" yerli "Çernomorets"lə üz-üzə gəlib. Təmsilçimiz bu görüşdə 2:4 hesabilə məğlub olub. "Qəbələ"nin heyətində Fərid Nəbiyev və Əli Sadıqov fərqlənib.

 Qrupun ikinci oyununda "qırmızı-qaralar" Moldova təmsilçisi "Real-Sukçes"lə qarşılaşıb. Oyuna üstün başlayan "Qəbələ"nin bu üstünlüyü özünü hesabda da göstərib. Fərid Nəbiyevin 4-cü, İlkin Abdullayevin isə 7-ci dəqiqədə vurduğu qollar təmsilçimizi 2:0 önə çıxarıb. Rəqibin gücü isə yalnız təsəlliverici qola çatıb. Matçın son dəqiqəsində moldovanlar penalti zərbəsindən hesab arasındakı fərqi azaldıblar. Beləliklə, "Qəbələ" turnirdə keçirdiyi ikinci oyununda qələbə qazanıb - 2:1.

Qrup mərhələsinin III - son turunda "qırmızı-qaralar" Kiyev "Dinamo"su ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç oktyabrın 1-i Bakı vaxtı ilə saat 14:15-də baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail