Vüqar Nadirov: "Avroliqa ilə çempionat matçlarını müqayisə etmək düzgün deyil" Müsahibə

30.09.2013 | 8386 dəfə oxunub

"Qarabağ"ın aparıcı üzvü Vüqar Nadirov Stadium.az-a müsahibə verib.

- İlk olaraq, son turda "Neftçi"yə qarşı keçirdiyiniz oyun haqda fikirlərini bilmək istərdik.

- Bərabər səviyyəli oyun getdi. Həm bizim, həm də rəqibin fərqlənmək üçün şansı oldu. Onlar ilk, biz isə ikinci hissədə fərqlənə bilərdik. Lakin heç bir şansdan istifadə edə bilmədik və oyun qolsuz yekunlaşdı. Elə bir oyun idi ki kim hesabı açsaydı, o da qalib gələcəkdi.

- "Qarabağ" 2 turdu qol vura bilmir və 3 oyundur qələbə qazanmır. Nə baş verir komanda?

- Komandadan heç nə baş vermir. Bunun heç bir səbəbi yoxdur. Ortada ciddi problem görmürəm. Futbolda belə şeylər olur.

- Baş məşqçi Qurban Qurbanov psixoloji gərginlikdən gileylənir...

- Qurban müəllim belə deyirsə, deməli düz deyir. Həqiqətən də psixoloji yorğunluq var. Avroliqa oyunlarından sonra bu mümkündür.  

- Bəs, fikizi baxımdan hansısa problem var?

- Yox, fiziki baxımdan hər şey qaydasındadır. Özümüzü yaxşı hiss edirik.

 - Avroliqada "Qarabağ" əla çıxışla yadda qaldı. Bundan sonra hər kəs komandanın rahat şəkildə çempion olacağını proqnozlaşdırırdı. Çempionata da yaxşı başladınız. Amma nədənsə sonradan problem ortaya çıxdı. Bunun səbəbini nədə görürsən?

- Yenə deyirəm, komandada heç bir problem yoxdu. Biz ikinci yerdəyik. Liderdən də cəmi 1 xal geri qalırıq. Yəni, narahatçılıq üçün ciddi əsas yoxdur. Çempionat uzun marafondu və hələ qarşıda xeyli oyun var. İnanıram ki, tezliklə komanda özünə gələcək və qələbələri sıralayacaq.

- Bəlkə çempionat oyunlarına Avroliqa matçlarında olduğu kimi köklənə bilmirsiz?

- Əlbəttə, Avroliqa ilə çempionat matçları arasında fərq çoxdu. Bunları müqayisə etmək düzgün deyil. Tam fərqli atmosferdi.

- Növbəti turda "Bakı" ilə qarşılaşacaqsınız. Bu oyun haqda nə deyə bilərsən?

- "Bakı" yaxşı komandadır. Buna baxmayaraq, biz meydana ancaq qələbə üçün çıxacağıq. İnanıram ki, istəyimizə də çatacağıq.

- Cari mövsümdə "Bakı"nın oyununu izləmisən?

- Əlbəttə, izləmişəm.

- Ötənilki ilə indiki komanda arasında fərq çoxdur?

- İndiki "Bakı" çox gücülüdür. Komandanın heyəti xeyli dəyişib. Əfran, Rauf, Cavid kimi yerli uşaqların gəlişi ilə "Bakı" çox dəyişib. Onların gəlişindən dərhal sonra "Bakı" tam fərqli oyun sərgiləyir. Odur ki, bizi qarşıda çox çətin oyun gözləyir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail