Asif Məmmədov: "Zəif futbolçunu "Rubin"də bir neçə il saxlayarlar?" Müsahibə

30.09.2013 | 5237 dəfə oxunub

"İnter"in futbolçusu Asif Məmmədov Stadium.az-a müsahibə verib.

- Ardıcıl uğursuz oyunlardan sonra "İnter" Lənkəranda mühüm qələbə qazandı. "Xəzər Lənkəran"la oyun haqda nə deyə bilərsən?

- Lənkrənda çox ağır oyun oldu. "Xəzər Lənkəran" son vaxtlar inamlı çıxış edirdi. Son 2 matçda da qələbə qazanmışdılar. Bu səbəbdən də oyunun çətin keçəcəyini bilirdik. Biz də oyuna çox yaxşı hazırlaşmışdıq. Çempionat başlayandan çoxlu xal itkisinə yol vermişdik. Bu səbəbdən də Lənkərana ancaq qələbə üçün yollanmışdıq. Çox şadam ki istəyimizə çatdıq və çətin oyun olmasına baxmayaraq, 3 xal qazana bildik. Komanda şəklində yaxşı oynadıq.

- Bu qələbədən sonra "İnter"in uğursuzluq seriyasına son qoyduğunu söyləmək olar?

- Bunu zaman göstərəcək. Qarşıda bir-birindən gərgin oyunlar olacaq. Amma inanıram ki, bu qələbənin komandamıza xeyri dəyəcək. Qarşıdakı oyunlara ciddi hazırlaşmalıyıq.

- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsən?

- "Sumqayıt" əsasən cavan uşaqlardan qurulmuş komandadır. Çətin oyun olacaq. Özü də səfərdə oynayacağıq. Bildiyim qədəri ilə stadionlarının durumu elə də yaxşı deyil. Amma biz oyuna yalnız qələbə üçün çıxacağıq. İstəyimizə çatsaq, vəziyyətimizi 50 faiz düzəltmiş olacağıq. Bundan sonra ilk dövrə başa çatır və hazırlıq üçün 10-15 gün vaxtımız olacaq. Onda da yaxşı hazırlaşıb, ikinci dövrədən etibarən uğurlu oyunlar seriyasına başlaya bilərik

- "İnter"in 8 turdan sonra bu vəziyyətdə olacağına heç kim inanmazdı. Nə baş verdi ki komanda bu cür vəziyyətə düşdü?

- Bunun yalnız bir səbəbi ver - heyətdə baş verən dəyişikliklər. Mövsüm başa çatdıqdan sonra komandada köklü dəyişikliklər oldu. 12-13 futbolçu getdi, əvəzinə yeniləri gəldi. Özü də gələnlərin demək olar ki, hamısı Azərbaycanda debütantdılar. Onların yerli mühitə uyğunlaşması üçün vaxta ehtiyac var. Komandada bu cür dəyişikliklər olarkən müəyyən qədər uğursuzluğun olması gözləniləndir. İnanıram ki, tezliklə uğursuzluğa son qoyacağıq. Zaman keçdikcə yeni gələn futbolçular da çempionatın səviyyəsinə bələd olurlar. Başa düşürlər ki, Azərbaycan çempionatında  mübarizə aparmaq heç də asan deyil.   

- "İnter"də baş verən dəyişikliklərdən sonra çoxları komandanın ötən mövsümlə müqayisədə zəiflədiyini düşünür. Komandanın içində olan adam kimi bu fikirlə razısan?

- Mənim həmkarlarım haqda danışmağım düzgün olmaz. Amma komandaya qoşulan yeni futbolçuların hamısının yaxşı karyerası olub. Laşa neçə il "Rubin"də oynayıb, komanda ilə Rusiya çempionu olub. Zəif futbolçunu "Rubin"də bir neçə il saxlayarlar? Olsun İaşvili. Bu adam 17 il Almaniyada oynayıb. Bu heç də kiçik göstərici deyil. Həm də hər şeyi yenilərin üstünə atmaq düzgün deyil. Bəlkə elə komandadakı köhnə futbolçular zəif çıxış edir deyə, komanda uğursuzluğa düçar olur?

- Əksəriyyət artıq "İnter"in çempionluq şansının üstündən xətt çəkib. Sən də bu fikirdəsən?

- Təbii ki yox. Qarşıda hələ 27-28 tur var. Vəziyyətimiz dəhşətli dərəcədə pis deyil. Liderdən cəmi 9 xal geri qalırıq. Oyunlarda da görürük ki istənilən komanda büdrəyə bilər. Bu səbəbdən də şansımız tükənməyib. Sona kimi də mübarizə aparacağıq.

- Son oyunlarda baş məşqçi sənə güvənmir. Əvvəlki turda ehtiyatda qaldın, Lənkəranda isə ikinci hissədə meydana daxil oldun.  


- Heç bir problem yoxdu. Avroliqa oyunlarında ciddi zədə aldım. Həm də həkimlər düzgün diaqnoz qoymadılar. Bir müddət sonra yenidən zədələndim. Hardasa, 45 gün futbolsuz qaldım. İndi-indi formamı bərpa edirəm. Lənkəranda 40 dəqiqə oynadım. Özümü yaxşı hiss edirəm. İnanıram ki, qarşıdakı fasilə mənə çox faydalı olacaq. Tam formamı bərpa edib, əsas heyətdəki yerimi qaytaracağam. Məşqçi ilə bu haqda danışmışam. Onunla heç bir problemimiz yoxdur, ola da bilməz. Tezliklə əsas heyətə qayıdacağıma inanıram. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail