”Xəzər Lənkəran” paytaxta yola düşdü

01.10.2013 | 4281 dəfə oxunub

Cümə günü Bakıda, paytaxtın “Rəvan” klubunun qonağı olacaq “Xəzər Lənkəran” bu oyunun Lənkərandakı hazırlığını başa vurub. Stadium.az xəbər verir ki, komanda 4 gün davam edən hazırlıq müddətində taktiki və fiziki çalışmalar üzərində məşqlərini yekunlaşdırıb. Bu gün səhər məşqindən sonra Lənkərandakı bazasından Bakıya yola düşən “Xəzər Lənkəran” paytaxtda məskunlaşaraq “Rəvan”la matçın hazırlığını davam etdirəcək. Qarşıdakı üç gündə komanda məşqlərini “Bayıl Arena”da keçirəcək. Hazırda zədəli olduğundan məşqlərə qatıla bilməyən Etame Mbilla da komanda ilə birgədir və futbolçunun müalicəsi davam etdirilir. Digər tərəfdən yüksək hərarətdən əziyyət çəkən Edu Oriol və millinin uzun sürən toplanışından dönən Elnur Cəfərov artıq komanda ilə birgə hazırlıqlarda iştirak edirlər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail