"Qəbələ" Kiyev "Dinamo"suna qalib gəldi

01.10.2013 | 4341 dəfə oxunub

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Ukrayna Prezidenti Kubokunda çıxışını davam etdirir. Stadium.az xəbər verir ki, bu gün "Artek" Beynəlxalq Uşaq İstirahət Mərkəzində keçirilən turnirin B qrupunun matçlarına yekun vurulub. Dördlüyün son - üçüncü oyununda "qırmızı-qaralar" Kiyev "Dinamo"su ilə qarşılaşıb. Startdan finaladək üstün oyun nümayiş etdirən təmsilçimiz rəqibinə heç bir şans verməyib - 2:0. Matçda hesabı Fərid Nəbiyev açıb. Dəqiq zərbə ilə toru silkələyən hücumçu aktivindəki qolların sayını 3-ə çatdırıb. Qarşılaşmanın hesabını müəyyənləşdirən qol isə Əli Sadıqovun ayağına yazılıb. Öncəki iki matçı bir məğlubiyyət ("Çernomorets", 2:4) və bir qələbə ("Real-Sukçes" (Moldova), 2:1) ilə bitirən "Qəbələ" bu nəticədən sonra qrup mərhələsini 6 xalla ilk pillədə tamamlayıb və yarımfinala adlayıb. "Çernomorets" 5 xalla ikinci, "Real-Sukçes" 4 xalla üçüncü, "Dinamo" isə 1 xalla sonuncu olub. 
Xatırladaq ki, təmsilçimiz yarımfinal mərhələsində A qrupunda ikinci pilləni tutan komanda ilə qarşılaşacaq. Matç oktyabrın 3-ü Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail