Yuri Syominin "Neftçi"yə qarşı 22-ci dueli
Azərbaycan
Premyer Liqasının IX turu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin üçün “Neftçi” ilə
duellə əlamətdar olacaq. Stadium.az xəbər verir ki, 66 yaşlı mütəxəssis Azərbaycanda
ən yaxşı tanıdığı rəqiblə görüşəcək. “Qırmızı-qaralar”ın rusiyalı çalışdırıcısı
karyerası ərzində dəfələrlə Bakı təmsilçisi ilə görüşüb. Təcrübəli mütəxəssis zəngin
karyerası ərzində həm futbolçu, həm də baş məşqçi kimi “ağ-qaralar”la duelə
çıxıb.
Syominin
karyerasını vərəqlədikdə onun rəsmi oyunlarda 21 dəfə “Neftçi” ilə
qarşılaşdığını görmək mümkündür. 22-ci duel ərəfəsində əvvəlki qarşılaşmaları
xatırlamaq maraqlı olar.
Sonuncu
belə görüşü yəqin ki, kifayət qədər xatırlayan tapılar. 2005-ci ildə tarixində
ilk dəfə “Birlik kuboku”nda finala çıxan “Neftçi” həlledici qarşılaşmada
Syominin başçılıq etdiyi Rusiya “Lokomotiv”i ilə görüşdü. Moskva futbolçuları
2:1 hesabı ilə qalib gələrək bakılıların kubok qazanmasına imkan vermədi.
2005-ci il yanvarın 23-də baş tutan matçın iştirakçılarından yalnız Rəşad
Sadiqov indi də “Neftçi”nin sıralarındadır. O indi komandanın kapitanıdır. Bu matç Syominin müstəqillik dönəmində
“Neftçi” ilə yeganə qarşılaşmasıdır. Digər oyunlar isə SSRİ vaxtına təsadüf
edib.
Syomin
baş məşqçi kimi “Neftçi” qarşısına ilk dəfə 1982-ci ildə çıxıb. Həmin ilin
sentyabrında çalışdırıcılıq karyerasına start verən 35 yaşlı gənc mütəxəssis
futbolçu kimi son illərini keçirdiyi Krasnodar “Kuban”ını güclülər dəstəsini tərk
etməkdən xilas etməli idi. Artıq noyabrın 11-də Syomin və komandası Bakının
qonağı idi. Güclülər dəstəsini tərk etmək təhlükəsi ilə üz-üzə qalan Krasnodar
klubu 3:2 hesablı səfər qələbəsi qazandı.
Növbəti
3 ili “Pamir”də çalışan rusiyalının yolları rəsmi matçlarda “Neftçi” ilə kəsişməyib.
1986-cı ildə Moskva “Lokomotiv”inə baş məşqçi təyin olunan Syomin 1990-cı ilə qədər
burada çalışıb. Bu müddətdə “dəmiryolçular” 4 dəfə “Neftçi” ilə üz-üzə gəlib.
1988-ci
ildə güclülər dəstəsində çıxış edən Syominin yetirmələri Moskvada 1:0 hesabı ilə
qalib gəlib, Bakıdan 1 xalla qayıdıb - 1:1. 1990-cı ildə isə artıq hər 2
komanda I dəstədə çıxış edirdi. Syominin komandası Moskvada 2:1 hesabı ilə
qalib gəlməyi bacardı. 23 il əvvəl aprelin 20-də baş tutan qarşılaşma həm də
onunla əlamətdar oldu ki, “Lokomotiv” stadionuna çıxan “Neftçi”nin heyətində gənc
müdafiəçi Tərlan Əhmədov da var idi. Tərlan Əhmədov bu dəfə “Neftçi”nin baş məşqçisi
kimi Syominə rəqib olacaq. Bu onların Əhmədov “Neftçi”də olan vaxt hələlik
yeganə görüşü idi. Əhmədovun meydana çıxmadığı II dövrənin Bakıdakı oyununda isə
heç-heçə qeydə alınıb – 0:0.
Bir sözlə,
Syomin baş məşqçi karyerası ərzində 6 dəfə üz-üzə gəldiyi “Neftçi”yə heç vaxt
uduzmayıb: 4 qələbə və 2 heç-heçə.
Bunadək
isə futbolçu Syomin “Neftçi” ilə yaxından tanış olub. SSRİ çempionatları və
kubokuna nəzər saldıqda onların dəfələrlə qarşılaşdığının şahidi olmaq
mümkündür. Moskva klublarımdan 1 dəfə “Spartak”, 9 dəfə “Dinamo”, 2 dəfə “Lokomotiv”lə
“neftçilər”ə rəqib olan Syomin 1 dəfə “Kayrat”, 2 dəfə “Kuban”ın formasında
bakılılara rəqib olub. Bu 15
qarşılaşmada 3 qol vuran yarımmüdafiəçinin komandaları 5 dəfə qalib gəlib, 6
heç-heçə edib. “Neftçi” isə 4 dəfə qələbəyə sevinib.
47 il əvvəl
1966-cı ildə 19 yaşlı gənc futbolçu Moskva “Spartak”ı ilə ilk dəfə Bakının
qonağı olub. Həmin vaxt mövsümün son turunda bürünc medalların taleyinin həll
edildiyi qarşılaşmada Anatoli Banişevski və yoldaşlarının qarşısını almaq
mümkün olmayıb - 3:0. Bu oyun onun 1965-67-ci illərdə oynadığı paytaxt klubunda
“Neftçi”yə qarşı yeganə dueli idi.
1968-71-ci
illərdə Moskvanın digər klubu “Dinamo”da çıxış edən Syomin “ağ-qaralar”a qənim
kəsilib. Həmin illərdə hətta hücumçu kimi də çıxış edən rusiyalı “ağ-qaralar”la
matçlarda 3 dəfə qol sevinci yaşayıb. 1968-ci ildə Bakıda meydana çıxmayan
Syomin Moskvadakı qolsuz heç-heçənin iştirakçısı olub. 1969-cu ildə Bakıda 1:2
hesablı məğlubiyyətin üzüntüsünü yaşayan “dinamo”çu Rusiyada 2:2 hesabı ilə bitən
qarşılaşmada da meydanda olub. Özü də Syomin komandasının 2-ci qolunu vurub
hesabı 2:0 etsə də, bakılılar bərabərliyə nail olub.
Əvəzində
1969-cu ildə kubokun 1/16 finalında Syominin erkən qolu ilə hesabı açan
“Dinamo” qalib gələrək (2:0) mərhələ adlayıb. 1970-ci ildə isə Moskva təmsilçisi
Bakıda 2:1, Moskvada 2:0 hesabı ilə qələbəyə sevinib. II dövrədəki matçda qol
sevinci yaşayan Syomin bakılıların qapısına 3-cü dəfə yol tapıb.
1971-ci
ildə “Dinamo” ilə “Neftçi” 4 dəfə üz-üzə gəlib. Kubokda səfərdə 2, Bakıda 4
cavabsız qol vuran “Neftçi” Syominin komandasını 2 dəfə məğlub edib.
Çempionatda isə qarşılaşmalar “sülh”lə bitib. Lakin Syomin yalnız qolsuz başa
çatan 2-ci matçın iştirakçısı olub.
Növbəti
2 ildə “Kayrat”da çıxış edən Syomin 1 görüşdə “Neftçi”yə qarşı forma geyib.
1972-ci ilin II dövrəsindəki oyunda Qazaxıstan təmsilçisi öz meydanında qalib gəlib
- 1:0. 1975-77-ci illərdə “Lokomotiv”in şərəfini qoruyan yarımmüdafiəçi 2 dəfə
Bakı təmsilçisi ilə görüşüb. 1977-ci ildə güclülər dəstəsində baş tutan hər 2
qarşılaşma onun iştirakı ilə keçirilib və qolsuz başa çatıb.
1978-80-ci
illərdə futbolçu karyerasının son illərini “Kuban”da keçirən Syomin daha 2 dəfə
“Neftçi”yə rəqib olub. 1980-ci ildə baş tutan hər 2 görüşdə hesabı “Neftçi”nin
futbolçusu İqor Ponomaryov açıb. Lakin Syominin meydanda olduğu komanda
Krasnodarda 2 qol vurub qalib gəlməyi, Bakıda isə tarazlığa (1:1) nail olmağı
bacarır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |