Petrjela: "Azərbaycan klubunun ÇL-də oynaması hələlik mümkünsüzdür"

04.10.2013 | 4177 dəfə oxunub

"Neftçi"nin keçmiş baş məşqçisi Vlastimil Petrjela Azərbaycan futbolu haqda danışıb. Stadium.az xəbər verir ki, çexiyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Rusiya matçı haqda fikirlərini açıqlayıb: "Rusiya və Azərbaycan futbolu arasında çox böyük fərq var. Orada stadion yoxdur. Çempionatın yarısı Bakıda keçirilir. Paytaxtdan kənarı təmsil edən bir neçə komanda - “Xəzər Lənkəran”, “Qarabağ” var. Digər tərəfdən, orda çox istidir. İlboyu məşq etmək mümkündür. Azərbaycanda futbolçular çox yaxşı, texnikalıdır. Rusiyadakı kimi onların da fiziki hazırlıqla daha çox problemləri var. Taktika ilə isə lap çoxdur. Bu üzdən də ürəkləri istəyən kimi oynayırlar. Azərbaycanlı oyunçularla sərt olmaq lazımdır. Mən “Neftçi”yə gələndə komanda çempionatda 8-ci idi. Məşqlərdə yükləmələrə başladıq. Bu da ki, futbolçuların xoşuna gəlmirdi. Nəticədə 3-cü pilləyə qalxdıq. Azərbaycan klubunun Çempionlar Liqasında oynaması hələlik mümkünsüzdür. Lakin əminəm ki, “Neftçi” mənə 2-3 il vaxt versəydi, komandanı bu səviyyəyə qaldırardım. Dünya çempionatının evdəki seçmə oyununda Azərbaycan millisi çox çalışacaq. Çünki bu ölkədə rusları sevmirlər. Bakıda stadion dolacaq, əla ab-hava olacaq. Onların yığması özünü öldürəcək, lakin xal qazanmayacaq. Düşünürəm ki, Rusiya qalib gələcək”.



  #1   Adınız: azerbaycanli 85;   E-mail: [email protected]

04.10.2013 10:50

Mene de vaxt verseydiler kosmonavt olardim! oyddaaa ne boyuk
ish gorub ucuncu yere qaldirib Neftcini

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail