Vaqif Sadıqov: "Heyf ki, qalib gələ bilmədik"

04.10.2013 | 4632 dəfə oxunub

"Qələbəyə layiq oynadıq, heyf ki, qalib gələ bilmədik. 90 dəqiqə sürətli oyun göstəririksə, qol epizodları yaradırıqsa, bunun bəhrəsini görəcəyik". Stadium.az xəbər verir ki, bu sözləri "Simurq"la oyundan sonra AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis hesabda öndə olarkən nəticəni qorumağa çalışdıqlarını qeyd edib: "Komandaya tapşırmışdım ki, ikinci hissənin ilk 15 dəqiqəsində diqqətli oynasınlar. Müdafiəyə çəkildik, “Simurq” 5-6 dəqiqə oyuna nəzarə etdi və 11 metrlik cərimə zərbəsindən hesabı bərabələşdirdi. Hesabda öndə olanda ilk növbədə nəticəni qorumağa çalışırdıq. Hesab bərabərləşdikdən sonra meydanda tam başqa AZAL gördük. Mənim istədiyim kimi aqressiv futbol oynayan AZAL. İkinci hissədə 6 real qol epizodumuz oldu. Bugünkü oyunda əsas heyətin iki futbolçusunu itirdik. 4 oyundur ki, qələbə qazana bilməməyimiz bizə psixoloji təsir edir”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail