"Lans"a Jerve Martel - Hafiz Məmmədov duetinin rəhbərlik etdiyini nəzər alsaq..."

06.10.2013 | 5949 dəfə oxunub

"Lans”ın yarımmüdafiəçisi Pyer Dyukas lensois.com saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- “Lans”ın cari çempionatdakı çıxışları haqda fikirlərin necədir?

- Ümumi götürsək, bu mövsümə yaxşı başlamışıq. Yayda komandada müəyyən dəyişikliklər olsa da, bu, “Lans”ın çıxışlarına ciddi təsir göstərmədi. Son turda “Mets”ə 3:2 hesabı ilə qalib gəldik və hazırda turnir cədvəlində ikinci pillədəyik.

- Komandanızın hədəfi ikinci liqanı birinci yerdə başa vurmaqdır?

- Sirr deyil ki, biz qarşımıza yüksək liqaya vəsiqə qazanmaq vəzifəsi qoymuşuq. Bunun üçün qarşıda hələ uzun marafon var. Turnir cədvəlindəki hazırkı mövqeyimizi, “Lans”a Martel – Məmmədovun duetinin rəhbərlik etdiyini, komanda üçün yaxşı şərait yaradıldığını nəzərə alsaq, vəzifəmizin öhdəsindən gələcəyimizə inamımız böyükdür. Hazırda komandamızda güclü rəqabət var. Düzü, çox yaxşı işlər görə bilərik. Biz özümüzə inamımızı saxlamalı və əsas hədəfimiz uğrunda mübarizəni davam etdirməliyik.

- Yeri gəlmişkən, bunun üçün sizə tam dəstək də verilir.

- Bəli. Mənim fikrimcə, bu yay klubdakı dəyişikliyin müsbət faydasını görməkdəyik. Hafiz Məmmədovun gəlişi bizə yeni impuls verib.  Jerve Martel kluba qayıtdı, Antuan Kombuare baş məşqçi təyin edildi, komandaya yeni futbolçular cəlb olundu. Hazırda biz uğurlu nəticələr əldə edirik. Bütün bunlar azarkeşlərimiz üçün də yaxşıdır. Klubun inkişafı üçün çox iş görülür. Biz futbolçular isə bütün bu imkanlardan faydalanıb liderliyi ələ keçirməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail