"Qəbələ"nin 10 futbolçusu milli komandaların heyətində

07.10.2013 | 4406 dəfə oxunub

"Qəbələ"nin 10 futbolçusu yığma komandalara dəvət alıb. Stadium.az xəbər verir ki, Azərbaycanın U-19 millisi 6, U-21 millisi 1, əsas yığma komandası isə 2 futbolçuya dəvət göndərib. Sloveniya yığması 1 oyunçunu heyətinə çağırıb.

Oktaybrın 10-dan 15-dək İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində "Qəbələ"ni Sadiq Quliyev, Elvin Camalov, Ehtiram Şahverdiyev, Elnur Mustafazadə, Şirməhəmməd Məmmədov və Şamil Camaləddinov təmsil edəcək.

Ürfan Abbasov 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da səfərdə Norveç, oktyabrın 15-də isə Bakıda Portuqaliya komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətində forma geymək şansı qazanıb.

Volodimir Levin və Elnur Allahverdiyev  Azərbaycanın əsas yığmasına dəvət alıb. Müdafiəçilər dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq miilimizin düşərgəsinə yollanıb.

Digər müdafiəçi Deyan Kelhar isə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya-Norveç (11 oktyabr) və İsveçrə-Sloveniya (15 oktyabr) matçlarında yer ala bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail