Amit Quluzadə: "Flavinyo hakimi aldatdı"

07.10.2013 | 5671 dəfə oxunub

"Qəbələ"də inamlı çıxışı ilə diqqət çəkən Amit Quluzadə "Neftçi"ylə qarşılaşmanın antiqəhramanı oldu. Komandası hesabda öndə olsa da, onun Flavinyoya kobud oynadığını irəli sürən referi penaltini göstərmişdi və bundan sonra qarşılaşmanın axarı dəyişmiş, meydan sahibləri məğlub olmuşdu. Amit də bu ana - penalti epizoduna münasibət bildirdi. Stadium.az-ın əməkdaşına açıqlamasında Quluzadə belə danışdı: "Həmin epizodla bağlı onu deyə bilərəm ki, o anda mən Flavinyoya qarşı kobud oynamamışdım, sadəcə braziliyalı oyunçu elə bir fənd işlətdi ki, hakim buna aldandı. Ona qarşı heç bir kobudluq etməmişdim. Sadəcə özünü mənə ilişdirib yerə atdı və bunu çox ustalıqla etdi.

Həmin anda komanda yoldaşımın mənə irad bildirməsinə gəlincə, o dedi ki, bilmirsən bunlar belədi, toxunan kimi yıxılırlar. Dedi ki, gərək heç toxunmayaydım da.

Oyuna da yaxşı hazırlaşmışdıq, birinci hissədə yaxşı oynadıq, amma nədənsə ikini yarıda alınmadı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail