"Bakı" növbəti dəfə "Qarabağ"a və hakimlərə "İLİŞDİ"

07.10.2013 | 4369 dəfə oxunub

"Qarabağ" - "Bakı" oyunundan (3:0) sonra ikincilərin Media və marketinq direktoru Nəriman Mehdiyev hakimlərin Ağdam klubuna kömək etdiyini açıqlamışdı. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə ona belə cavab vermişdi: " "Qarabağ" bu oyunda 6-7 top fərqi ilə qələbə qazanmalı idi. Bunu hamı gördü. Yan xətt hakimlərinin "Qarabağ"a işləməsi absurd məsələdi. Ola bilsin, Nəriman müəllim fikirlərini düzgün ifadə etməyib. Necə ola bilər ki, hakimlər "Qarabağ"a kömək edə bilər?".

İbrahimovun bu fikri deyəsən Mehdiyevi yenidən hərəkətə keçirdib. Çünki Nəriman müəllim şəxsi "facebbok" səhifəsində yenidən bu məsələylə bağlı fikirlərini yazıb. Onu olduğu kimi təqdim edirik:" Əvvəlcə qeyd edim ki, "Qarabağ" futbol klubu və personalına böyük hörmətim var. Bu klub ölkəmizi dünyada layiqincə təmsil edir və inanıram ki, uğurların ardı gələcək. 
Bu şərhlə Nurlanın fikirlərinə cavab vermək niyyətində deyiləm, məncə, o Azərbaycan futbolunda yerində olan nadir adamlardan biridir. Statusumda yazdığım kimi, Qarabağın qələbəsinə şübhə etmirəm, oynadılar və qazandılar. Mənim diqqətimi çəkən hakim səhvləri idi. Hakimlərin Qarabağa işlədiyini də iddia etmirəm, bu klub da bərbad hakimlikdən az əziyyət çəkməyib. 
Hərdən mənə elə gəlir ki, hakimlər sehirli çubuqla idarə olunur. Diqqəti bu məqama yönəltmək istərdim. Qarabağ meydanda güclü idi və qələbəsini də qazandı. Ofsayddan vurulan qol olsa idi də, olmasa idi də... Bakı zəif oynadı, bunu Pantiç də təsdiq etdi.
Bir daha vurğulayıram ki, söhbət hakim səhvindən deyil, hakimləri səhv etməyə vadar edən məqamlardan gedir. Hər birinizə müvəffəqiyyətlər arzulayıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail