Flavinyo - 9-cu turun ən yaxşı oyunçusudur

07.10.2013 | 4573 dəfə oxunub

Azərbaycan Premyer Liqasında son turun rəmzi komandası və ən yaxşı oyunçusu məlumdur. Stadium.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən 9-cu turun rəmzi komandasını aşağıdakı futbolçular təşkil edib:

Qapıçı: Dieqo Kosta (Qəbələ)

Müdafiəçilər: Ansi Aqolli (Qarabağ), Admir Teli (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Mahir Şükürov (Neftçi)

Yarımmüdafiəçilər: Flavinyo (Neftçi), Riçard Almeyda (Qarabağ), Araz Abdullayev (Neftçi), Marinaldo Silva “Çumbinyo” (Qarabağ)

Hücumçular: Junior Nildo (Xəzər Lənkəran), Nikolas Gelaşvili (Qarabağ)

Junior Nildo rəqib qapısına ən çox zərbə endirən, Riçard Almeyda isə komanda yoldaşlarına ən çox ötürmə verən futbolçudur. Hava mübarizələrində “Neftçi”nin müdafiəçisi Karlos Kardoso üstün olub. AZAL-ın futbolçusu Viktor İqbekoyi ən çox top itkisinə yol verən futbolçudur. Onun komanda yoldaşı Qərib İbrahimov isə tur ərzində ən çox qayda pozuntusuna yol verib – 6 dəfə.

Turun ən yaxşı oyunçusu isə “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyodur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail