"Xəzər Lənkəran": 100-cü ”sülh”

07.10.2013 | 4639 dəfə oxunub

“Xəzər Lənkəran” tarixində 100-cü dəfə heç-heçə edib.Stadium.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının IX turunun “Rəvan”la bakıdakı oyununadək hesabında 99 bərabərlik olan komanda yubiley “sülh”ünə imza atıb - 1:1. Tarixinin ilk rəsmi oyununda “Turan”la səfərdə heç-heçə edən “ağ-yaşıllar” 100-cü bərabərliyinə 356-cı matçında nail olub.
100 heç-heçədən 80-i Premyer Liqa, 12-si Azərbaycan kuboku, 7-si avrokuboklar, 1-i “Birlik kuboku”nda qeydə alınıb. Avrokuboklardakı bərabərliklərin 1-i Çempionlar Liqası, 6-sı əvvəllər UEFA kuboku adlanan Avropa Liqasına təsadüf edib.
Bunlardan 51-i evdə, 46-sı səfərdə qeydə alınıb. Daha 3 bərabərlik isə neytral meydanlarda gerçəkləşib. Premyer Liqadakı 80-ci heç-heçə həm də çempionatda 40-cı səfər “sülh”ü olub.
Komanda 3 müxtəlif hesablı heç-heçəyə nail olub. Belə ki, 100 bərabərlikdən 15-i 2:2, 44-ü 1:1 və 41-i 0:0 hesabı ilə başa çatıb.
Baş məşqçilərdən Ağasəlim Mircavadov 32, Mirça Rednik 19, Yunis Hüseynov 10, Con Toşak 9, Rasim Kara 8, Viktor Pasulko 7, Nazim Süleymanov və İqor Ponomaryov hərəsi 4, Karles Martorell 3 heç-heçəyə şahid olub. Şenol Fidan, Cüneyt Biçər, Hafiz Əliyev və Emin Quliyev isə komandanı meydana çıxardığı matçlarda hərəyə 1 dəfə “sülh”lə kifayətlənib.

1-ci heç-heçə
07.08.2004 “Turan” – “Xəzər Lənkəran” – 1:1

50-ci heç-heçə
13.02.2010 “Xəzər Lənkəran” – “Qarabağ” – 0:0

100-cü heç-heçə
04.10.2013 “Rəvan” – “Xəzər Lənkəran” 1:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail