Rauf Əliyev: "İnşallah, yenə qol vurmağa çalışacağam"

08.10.2013 | 4042 dəfə oxunub

Millimizin hücumçusu Rauf Əliyev DÇ-2014-ün qarşıdakı oyunları barədə danışıb. Stadium.az xəbər verir ki, "Bakı"nın hücumçusu jurnalistlərə verdiyi açıqlamada yenidən Şimali İrlandiyanı məyus etmək istədiyini qeyd edib: "Şimali İrlandiya yığması ilə qarşılaşma bizim üçün çox vacibdir. Çünki hazırda qrup sonuncusuyuq. Bu oyun bizim qələbə qazanmağımız üçün yaxşı şansdır. Təbii ki, çətin olacaq. Çünki onlar da sonuncu oyunda uduzub. Ona görə bizimlə oyuna fərqli motivasiya ilə çıxacaqlar. Yaxşı məşq keçirik. Uşaqlar hamısı qarşıdakı oyunlara böyük istəklə hazırlaşır. İnşallah, yenə qol vurmağa çalışacağam. Əsas odur ki, qələbə qazanaq. Qol vurmağa gəlincə, işim fərqlənməkdir. Əlimdən gələni edəcəyəm ki, Şimali İrlandiyanın qapısına yol tapım. Hücumçu olsam da, həmişə müdafiəyə də kömək edirəm. Düzdür, rəqibin künc zərbələri təhlükəli olur. Təbii ki, bu dəfə standart zərbələr zamanı arxa xəttə kömək etməyə çalışacağam. İstəyirik ki, belə vəziyyətlərdən qol buraxmayaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail