ABŞ və İran yığmaları görüşə bilər

10.10.2013 | 3703 dəfə oxunub

Braziliyada 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatından əvvəl ABŞ və İran yığmaları arasında yoldaşlıq oyunu keçirilə bilər. Stadium.az xəbər verir ki, bu təkliflə ABŞ Futbol Federasiyası çıxış edib.

ABŞ Futbol Federasiyasının prezidenti Nil Bet hələ bu barədə yekun razılaşmanın olmadığını, bir neçə ölkənin futbol federasiyası ilə may, yaxud iyun aylarında yoldaşlıq görüşünün keçirilməsi üçün ilkin danışıqlar aparıldığını bildirib: “Bir neçə federasiya ilə ilkin danışıqlar aparılıb, ancaq razılaşma yoxdur”.

İran yığmasının amerikalı qapıçı məşqçisi Den Qaspar isə deyib ki, hər iki tərəfin yoldaşlıq görüşünün keçirilməsinə real marağı var. Onun sözlərinə görə, bu barədə qərar dünya çempionatı ilə bağlı dekabrın 6-da keçiriləcək püşkatmadan sonra veriləcək.

Qeyd edək ki, indiyə qədər ABŞ və İran yığmaları iki dəfə görüşüb. Birinci dəfə 1998-ci Fransada keçirilən dünya çempionatında baş tutan qarşılaşmada İran yığması 2:1 hesabı ilə qalib gəlib. 2000-ci ilin yanvarında isə bu komandalar arasında keçirilən yoldaşlıq görüşü 1:1 hesabı ilə başa çatıb.

lent.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail