Rəşad Sadıqov: "Foqstun qalması üçün əlimizdən gələni edəcəyik"

11.10.2013 | 5415 dəfə oxunub

"Hər şey göz qabağında idi. Rəqibdən daha üstün oynadıq. Birinci hissədə bəzi çatışmazlıqlar var idi. Amma fasilədən sonra daha yaxşı oynadıq". Stadium.az-a verdiyi açıqlamada bu sözləri millimizin kapitanı Rəşad Sadıqov deyib.

Təcrübəli futbolçu ikinci qolu vurduğumuz cərimə zərbəsindən öncə Mahir Şükürovla aralarında olan dialoq haqda bunları bildirib: "Əvvəlcə mən vurmalıydım cərimə zərbəsini. Mahir isə mənə dedi ki, "ürəyimə damıb, vursam, qol olacaq. Odur ki, razılaşdım. Dedim ki istəyirsən, vur".

Sadıqov millimizin son oyunlardakı uğurlu çıxışını səbəbini də açıqlayıb: "Maltanı məğlub etdik, İsraildən xal aldıq. Artıq komandamızda özünəinam hissi yaranıb. Biz də əlimizdən gələni edirik ki, daha çox xal qazanaq. Bütün bunlar Foqtsun qalması üçündü. Əlimizdən gələni edirik ki, o millimizdəki fəaliyyətini davam etdirsin. Qarşıda Rusiya ilə oyun var. Çalışacağıq ki, həmin matçda da rəqibi büdrədək və Foqts millimizdə qalsın".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail