Patrik Osiako: “Simurq”da olmaq mənə xoşdur” Müsahibə
"Simurq"un futbolçusu Patrik
Osiako klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Patrik, necə oldu ki, "Simurq"a gəlməyə razı oldun?
- "Simurq" Avstriyada
təlim-məşq toplanışında olarkən mənə təklif göndərdi. Məndə gəldim rəhbərliklə,
məşqçi ilə müəyyən şərtləri müzakirə elədim və bundan sonra komandaya
gəlməyi qəbul etdim. İstəyirdim ki, Azərbaycan futbolunda da təcrübəm
olsun. Bu səbəbdən də, “Simurq”da oynamağa razı oldum və seçimimi etdim.
- Artıq bir neçə vaxtır burdasan. Komandamız səndə hansı təəssüratlar yaradıb?
- Komandamdan çox razıyam.
Mənimlə bərabər bu kollektivə yeni futbolçular qoşuldu. Tez bir zamanda
bir-birimizə uyğunlaşa bildik. “Simurq” deyərdim ki, inkişaf etmək, irəliləmək
üçün ambisiyalıdır, iddialı bir komandadır. Burda olmaq mənə çox xoşdur.
- Bura gəlməmişdən qabaq Azərbaycan futbolu haqqında nə cür məlumatlar yığa bilmişdin?
- Dostlarımdan biri bir vaxtlar
burada olub. Ondan bir çox informasiya aldım. O, mənə dedi ki,
Azərbaycanda hazırda futbol inkişafdadır. İdmana xüsusi diqqət var. İnsanlarıda
çox yaxşıdırlar, mehribandır. Orada heç bir çətinliklə üzləşməyəcəmi bildirdi.
Məndə bunlardan sonra Azərbaycan gəlməyə razı oldum və buna görədə peşman
deyiləm.
- Azərbaycan çempionatı necə dəyərləndirərdin?
- Ümumiyyətlə hər hansı
çempionatı qiymətləndirmək uzun vaxt tələb edir. Çünki hər şeyi addım-addım
görürsən, qiymətləndirirsən. Buda liqada iştirak edən futbolçuların
səviyyəsindən, infrastrukturundan asılı olan bir şeydir. Hazırkı fikrim isə
müsbətdir. Çünki premyer liqada bu dəqiqə hansısa komandanı zəif və ya güclü
kimi qiymətləndirmək mümkün deyil. Hər bir klubun heyəti səviyyəli yerli və
legioner futbolçulardan qurulub.
- Premyer Liqanı sənin əvvəllər oynadığın liqalardan nəyi ilə fərqlənir?
- Çox fərqliliklər var. Buna
qədər Rumıniyada, İsveçdə, İsraildə karyeramı davam etdirmişəm. Deyərdim ki,
Azərbaycanda futbol texniki baxımdan daha bacarıqlıdır. Burada futbola yanaşma
tərzidə tamam fərqlidir. Meydanın hər bir nöqtəsində sona qədər gərgin mübarizə
aparmasan məğlub olan tərəf sən olacaqsan. Buda daha çox fiziki güc tələb edir.
- Geridə qalan turları "Simurq" üçün necə dəyərləndirərdin?
- Sonda uğur əldə etmək
istəyiriksə, başlanğıcı yaxşı eləməliydik. Buna deyərdim ki, qismən nail ola
bilmişik. İstəyimizə doğru addım-addım yanaşmağa çalışırıq. Qarşıda bizi
çempionatın ikinci dövrəsi gözləyir. İnanıram ki, tezliklə bundan sonrakı ev
oyunlarımızı Zaqatala keçirdəcəyik. . Çünki hər bir komandanı evində
məğlub etmək çətindir. Biz isə son doqquz oyunu demək olar ki, səfərdə
keçirmişik və bu nəticəyə nail olmuşuq. Geridə qalan oyunları bu baxımdan
normal hesab edirəm. Düzdür Zaqatalada da, Bakıda da olsaq, fərqi yoxdur.
Çünki hamısı Azərbaycandır. Biz isə peşəkarıqsa, hər yerdə oynamalıylıq
və nəticə qazanmalıyıq.
- Komandaya uyğunlaşa bilmisənmi? Bununla bağlı hansısa çətinliklələr üzləşdin?
- İlk günlər komandaya
öyrəşməkdə həqiqətəndə çətinlik çəkdim. Çünki baş məşqçiyə özümü,
bacarıqlarımı, necə oynadığımı sübut etməliydim. Ancaq hazırda hər şey
qaydasındadır. Burada olmaq və oynamaq artıq mənüm üçün çətin deyil. Məncə hər
oyunçu komandada öz yerini tutmalıdır. Bunun üçün isə vaxt lazımdır.
- "Simurq"da keçirilən məşq prossesi səni razi salırmı?
- Düzü komandanın yeni mövsümə
hazırlıq prossesinə gec qoşuldum. Məşqçilər korpusu artıq mən gələnə qədər
sistemi qurmuşdu. Ancaq bir müddətdən sonra məşqlərdə bacarığımı sübut etdim,
pozisiyama uyğun yenidən hazırlıq prossesi keçdim. Buda öz nəticəsin verdi.
“Simurq”a işini çox yaxşı bilən və futbolçunu oyuna hazırlaşdıra bilən
məqşçilər korpusu rəhbərlik edir. Təbii ki, hər məşqçinində iş prossesi
fərqlidir.
- Millinin düşərgəsində olarkən komanda yoldaşların səndən yeni klubun və Azərbaycan haqqında nələr soruşurdular?
- Millli komandada oynamaq hər
bir futbolçu üçün fəxrdir. Buna görədə çox sevinirəm. Yığmanın düşərgəsində
olarkən əsasən Azərbaycanın necə ölkə olduğunu, insanların xaricilərə qarşı
münasibətləri ilə bağlı mənə çoxlu suallar ünvanladı. Mən isə ölkənizin
gözəlliyi, inkişafı, insanların mehribanılığı haqqında onlara geniş məlumatlar
verdim. Həmçinin “Simurq”la bağlı ilkin təəssüratlarımıda onlarla
bölüşmüşdüm.
- Buradakı komanda yoldaşlarınla münasibətlərin necədir? Ən çox kiminlə birlikdə vaxt keçirirsən?
- Ümumiyyətlə, mehriban və
əyləncəli adamam. Ona görə də, insanlarla münasibət qurmaqda çətinlik çəkmirəm.
Komanda yoldaşlarımla gələndən gözəl münasibət formalaşdırmışam. Yenə qeyd
etmək istəyirəm ki, tam öyrəşmək vaxt tələb edir. İstirahət vaxlarında imkan
tapdıqca birlikdə çıxıb şəhəri gəzirik, birlikdə əylənirik. Yerli futbolçuların
əksəriyyətinin evə getdiyindən, daha çox legionerlərlə birlikdə oluram.
Rauldur, Ballodur, Paveldir, Andersondur və digərləri ilə vaxtımızı səmərəli və
gözəl keçirməyə çalışırıq.
- Azarkeşlərimiz bu mövsüm “Simurq”dan çox şey gözləyir. Burdan onlara nə deyərdin?
- Bütün azarkeşlər ambisiyalı olur. Komandalarınıın daimə qələbə qazanmalarını istəyirlər. Təbii ki, məndə özümü peşəkar futbolçu hesab edirəm və harda oynamğımdan asılı olmayaraq, oyunumdan zövq almalıyam, razı qalmalıyam və qələbə qazanmaq arzusundayam. Azərkeşlərimiz bir az səbrli olmasını istəyirəm, çünki alışmaq vaxt alır. Onları inandırmaq istəyirəm ki, “Simurq” bu mövsüm çox yaxşı oynayacaq və sonda gözəl nəticə qazanacaq. Onlar komandalarının oyunundan zövq alacaqlar və birlikdə qələbələrimizi bayram edəcəyik. Məndə öz üzərimə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışacağam.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |