Syomin: “Əgər çempionatın startınadək mənə desəydilər ki...”

14.10.2013 | 4641 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Premyer Liqanın ilk dövrəsinin yekunları ilə bağlı fikirlərini gabalafc.az-la paylaşıb. Stadium.az xəbər verir ki, rusiyalı məşqçi ilk dövrənin nəticələrindən razı qalmadığını bildirib: “Əgər çempionatın startınadək desəydilər ki, siz ilk dövrədən sonra 16 xalla 3-cü yerdə qərarlaşacaqsınız və liderlə cəmi 2 xal fərqiniz olacaq, mən bundan razı qalardım. Çünki komandamız yeni formalaşırdı, çoxlu yeni futbolçularımız var idi, kollektiv komplektləşməmişdi. Amma hazırda ilk dövrənin nəticələrindən razı deyiləm. Çünki çox yersiz xallar itirdik. Xal itirdiyimiz oyunlarda yalnız “Neftçi” bizi üstələdi. Düşünürəm ki, digər bütün oyunlarda qalib gəlməliydik”.

Syomin Premyer Liqanın səviyyəsi barədə fikirlərini də açıqlayıb: “Premyer Liqada çıxış edən bütün rəqiblərimizlə qarşılaşdıq. Rəqiblərimizin oyun planında məni təəccübləndirən, gözlənilməz hər hansı bir halla rastlaşmadığımı söyləyə bilərəm. Sadəcə bəzi oyunlarda  var gücümüzü ortaya qoya bilmədik. Buna misal olaraq, “Sumqayıt” və “Simurq”la qarşılaşmaları göstərə bilərəm. Tam gücümüzlə çıxış etməməyimizdə rəqiblərimizin də rolu böyükdür. Onlar artıq bizi güclü rəqib kimi qəbul edir və futbolçularımıza qarşı xüsusi tədbirlər görürlər. Startda bəzi yeni futbolçularımıza elə gəlirdi ki, Azərbaycan Premyer Liqası əvvəl oynadıqları çempionatlarla müqayisədə  daha zəifdir və onlara qarşı güclü rəqabət olmayacaq. Halbuki Azərbaycan çempionatı yetərincə güclü və gərgin mübarizə şəraitində keçən birincilikdir. Burada güclü məşqçi və futbolçulardan ibarət kollektivlər var. Artıq rəqiblərimizi və mübarizə apardığımız turniri tanıyırıq. Bu da o deməkdir ki, ikinci dövrədə həm münasibətdə, rəqiblərimizə qarşı mübarizədə daha diqqətli olmalıyıq".

Komandanın hazırkı durumundan və X turda baş tutacaq "İnter"-"Qəbələ" matçının hazırlıqlarından söz açan Syomin qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib: “Hazırda komandanın durumu çox yaxşıdır. Turnir cədvəlindəki yerimizi də yaxşı saya bilərik. Rəhbərliyin komandaya münasibəti də yüksək səviyyədədir. İstədiyimiz şərait yaradılıb, işimizə mane olan yoxdur. Qarşıdakı oyunlarda hər şey özümüzdən asılı olacaq. Ümid edək ki, yığma komandalar göndərdiyimiz futbolçular sağlam formada Qəbələyə dönəcəklər. Biz də komplekt şəkildə yolumuza davam edəcəyik. O ki, qaldı “İnter”lə oyuna komanda qarşılaşmaya ciddi hazırlaşır. Mənə rəqibin necə oynadığı deyil, bizim necə oynayacağımız maraqlıdır. Təbii ki, rəqibin oyununu analiz edirik və ciddi yanaşırıq. Ən əsası isə bizim tam gücümüzü nümayiş etdirməyimizdir. Əgər bunu bacarsaq, bizim üçün qorxulu rəqib yoxdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail