“Səmədova görə Rusiya yığmasına azarkeşlik edəcəyik"

14.10.2013 | 4513 dəfə oxunub

Millimizin və “Rubin”in üzvü Ruslan Abışov Rusiya mətbuatına açıqlama verib. Stadium.az xəbər verir ki, Abışov qarşıdakı Azərbaycan - Rusiya matçı, eləcə də rəqibin heyətində çıxış edən həmyerlimiz Aleksandr Səmədov haqda danışıb: “Deməzdim ki, Rusiya ilə oyun bizim üçün həddindən artıq prinsipial olacaq. Rəqib komandaya həmişə hörmətlə yanaşmışıq. Azərbaycanın bir çox futbolçusu beynəlxalq turnirlərdə həmişə Rusiyaya azarkeşlik edib. Sadəcə biz istəyirik ki, seçmə mərhələni qələbə ilə başa vuraq və azarkeşlərimizi sevindirək. Şimali İrlandiyaya qalib gəldimiz üçün komandamızda yaxşı ab-hava var. Oyuna yaxşı köklənmişik. Səmədov bizim fəxrimizdir. O, çox istedadlı futbolçudur. Rusiya millisində oynamağı üstün tutsa da, seçiminə hörmətlə yanaşıram. Necə ki, türklər Məsut Özilə görə Almaniya millisinə azarkeşlik edir, biz də Səmədova görə Rusiya yığmasına azarkeşlik edəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail