Rəşad Sadıqov: “Mükafat haqqında yalnız oyundan sonra danışırıq”

14.10.2013 | 4755 dəfə oxunub

Sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında milli komandamızın kapitanı Rəşad Sadıqov da iştirak edib. Stadium.az xəbər verir ki, təcrübəli müdafiəçi güclü rəquib üzərində qələbə qazanmaq istədiklərini qeyd edib: “Bizi vacib oyun gözləyir. Seçmə mərhələni də qələbə ilə başa vurmaq istəyirik. Mükafat haqqında yalnız oyundan sonra danışırıq. Matçdan əvvəl bütün diqqətimizi qarşılaşmaya kökləmişik. Mahir Şükürovla Kamran Ağayevin mətbuata açıqlama verməməklərinin səbəbini bilmirəm. Gələn dəfə onlarla bu haqda danışaram. Rusiyalı futbolçuların oyundan öncə verdiyi açıqlamalar bizi qıcıqlandırdı. Onlar peşəkar futbolçulara yaraşmayan açıqlamalar verir. Məğlub ola bilərik. Amma belə açıqlamalar vermək olmaz. Təəssüf ki, Aleksandr Səmədovla meydanda üz-üzə gələcəyik. Onu Səmədov kimi adlandırmaq istəməzdim. O mənim üçün sadəcə Aleksandrdı. Əgər kimsə öz gücünə inanırsa, bunu meydanda göstərməlidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail