"Səmədova başa saldım ki, bizdə "cəzalandırmağ"ın başqa mənası var"

16.10.2013 | 4967 dəfə oxunub

"İlk 5-10 dəqiqədə biz öz futbolumuzu oynadıq. Rəqib də üstünlüyə sahib deyildi. Sözün açığı, erkən qol buraxacağımızı gözləmirdik. Bundan sonra rəqib üstünlüyə malik idi ki". Stadium.az xəbər verir ki, bu sözləri Rusiya ilə oyundan sonra millimizin kapitanı Rəşad Sadıqov deyib. Təcrübəli müdafiəçi rəqibin üzvü Aleksand Səmədovla oyundan sonra aralarında olan söhbətdən də danışıb: "Fasilədə ilk yarıdakı oyunumuzu müzakirə etdik və qərara gəldik ki, uduzmağa haqqımız yoxdu. Fərqlənmək üçün standart epizod gözləyirdik. Şadam ki, belə də oldu. Oyundan sonra Səmədov mənə yaxınlaşdı. Onunla aqressiv şəkildə danışmaq istəmirdim. Ondan dediyi sözlər barədə soruşdum. Səmədov da bildirdi ki, "cəzalandırmaq" deyərkən, başqa mənanı nəzərdə tutmayıb. Mən isə ona başa saldım ki bizdə "cəzalandırmaq" sözünün başqa mənası var. Azərbaycanlı kimi Səmədov "cəzalandırmaq" sözünün mənasını bilməlidir. O da məni anladı. Bu nəticə ilə biz Rusiya mətbuatına cavab verməyi düşünmürük. Düşünürəm ki, gələn tsikldə daha çox xal toplayacağıq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail