"Xəzər Lənkəran"ın məşqçisinə 5 oyunluq cəza

17.10.2013 | 4362 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, əvəzedici heyətlərin IX turunun “Rəvan” -  “Xəzər Lənkəran” matçında “Rəvan” klubunun 4, “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 500 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun məşqçisi Məhərrəm Bağırzadə hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 2500 manat cərimə olunub.

Əvəzedici heyətlərinin IX turunun “Qəbələ” - “Neftçi” matçının 77-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 1000 manat cərimə olunub.

Əvəzedici heyətlərinin IX turunun “Qarabağ” -  “Bakı” matçının 85-ci dəqiqəsində “Qarabağ” klubunun 17 №-li futbolçusu Təmkin Xəlilzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Bakı” klubunun 18 №-li futbolçusu Ülvi Süleymanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

Azərbaycan I Divizionunun IV turunun MOİK - “Energetik” matçında “Energetik” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 70-ci dəqiqəsində MOİK klubunun 10 №-li futbolçusu Ramil Əliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 70-ci dəqiqəsində “Energetik” klubunun baş məşqçisi Sahib Qocayev rəqib futbolçunu təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün baş məşqçi 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.

Azərbaycan I Divizionun IV turunun “Şahdağ” - “Neftçala” matçının 86-cı dəqiqəsində “Neftçala” klubunun 85 №-li futbolçusu Rüfət Musayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Şahdağ” klubunun 3 №-li futbolçusu Vüqar Asəliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

Azərbaycan I Divizionunun IV  turunun “Karvan” - “Şəmkir” matçının 82-ci dəqiqəsində “Şəmkir” klubunun 9 №-li futbolçusu Anar Rzayevlə “Karvan” klubunun  14 №-li futbolçusu Fuad Əliyev biri-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanıb, klublar 200 manat cərimə olunub. 

Azərbaycan I Divizionunun IV turunun “Bakılı” - “Ağsu” matçında “Ağsu” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Azərbaycan I Divizionunun IV turunun “Lokomotiv” - “Qaradağ Lökbatan” matçının 70-ci dəqiqəsində “Lokomotiv” klubunun 7 №-li futbolçusu Tural Qürbətov  hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub. 

Azərbaycan I Divizionun V turunun “Şəmkir” - “Kəpəz” matçının 64-cü dəqiqəsində “Şəmkir” klubunun 6 №-li futbolçusu Elmar Əhmədovla “Kəpəz” klubunun  12 №-li futbolçusu Ramil Kərimovun bir-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanıb, klublar 200 manat cərimə olunub. 

Azərbaycan I Divizionun V turunun “Qaradağ Lökbatan” - “Şahdağ” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində “Şahdağ” klubunun 12 №-li futbolçusu Məhəmməd Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

Azərbaycan I Divizionunun V turunun “Ağsu” – MOİK matçında MOİK klubunun 4 klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail