"Qəbələ" "Rubin"lə heç-heçə oynadı

17.10.2013 | 5011 dəfə oxunub

"Qəbələ"nin 12 yaşa qədər futbolçulardan ibarət komandasının da iştirak etdiyi "Young Talents-2013" turnirinə bu gün start verilib. Stadium.az xəbər verir ki, açılış mərasiminin ardından qrup mərhələsi çərçivəsində "Young Talents" Komandası ilə qarşılaşan "qırmızı-qaralar" məğlub olublar - 0:5.

Günün ikinci yarısında daha iddialı rəqiblə - Kazan "Rubin"i ilə üz-üzə gələn təmsilçimiz daha yaxşı təsir bağışlasa da, matç sülhlə yekunlaşıb. Hesabı "Rubin" açıb. Lakin həvəsdən düşməyən Ramin Quliyevin yetirmələri status-kvonu bərpa etməyi bacarıblar. "Qəbələ"nin heyətində Həmid Vəliyev fərqlənib və matçın hesabını müəyyənləşdirib - 1:1.

Sabah "Qəbələ" qrup mərhələsi çərçivəsində daha 2 oyun keçirəcək. Komandamız öncə "Dinamo" (Kirov, Rusiya), ardından isə "Baltika" (Kalininqrad, Rusiya) ilə münasibətlərinə aydınlıq gətirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail