2018-ci il dünya çempionatının büdcəsi açıqlandı

18.10.2013 | 5175 dəfə oxunub

Futbol üzrə 2018-ci il dünya çempionatı Rusiyaya 600 milyard rubla (təqribən 14,76 milyard manat) başa gələcək. Lent. az-ın məlumatına görə, bu barədə Mundialın Təşkilat Komitəsinin sədri Denis Polyakov açıqlama verib. O, bildirib ki, vəsaitin yarısı federal xəzinə, 15 faizi regional büdcələr, qalanları isə sərmayədarlar tərəfindən ödəniləcək. Polyakovun sözlərinə görə, çempionatadək 200 infrastruktur obyekti, o cümlədən 60 mehmanxana tikilməli və ya yenidən qurulmalıdır. Digər tərəfdən, FİFA tələblərinə əsasən, təşkilatçı ölkə çempionat üçün 12 müasir stadion təqdim etməlidir. Artıq Kazandakı stadion tikilib və bu il orada Yay Universiadası keçirilib. Sankt-Peterburq, Moskvada “Spartak”, habelə, Saransk və Soçidə 4 stadion tikilməkdədir. Nijni-Novqorod, Volqoqrad və Samarada isə stadionlar layihələşdirmə mərhələsindədirlər. Qeyd edək ki, 2018-ci il dünya çempionatı Rusiyanın 11 şəhərində keçiriləcək. Sadalanan 8 şəhərdən əlavə, Kalininqrad, Rostov və Yekaterinburqda da Mundialın oyunları baş tutacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail