"Millimizin qarşısına Avro 2016-ya vəsiqə qazanmaq vəzifəsi qoyulmalıdı"

18.10.2013 | 5738 dəfə oxunub

İdman Araşdırmalar Mərkəzi Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki çıxışı barədə rəy hazırlayıb. Stadium.az xəbər verir ki, rəydə millimizin seçmə mərhələsindəki çıxışından başqa, baş məşqçi Berti Foqtsun komandada qalıb-qalmayacağı ilə bağlı məsələlərə toxunulub.

2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandasının topladığı xallar baxımından əvvəlki seçmə mərhələlərə nəzərən müsbət dinamika oldu. Baş məşqçi Berti Foqtsun rəhbərliyi ilə Azərbaycan milli komandası üst-üstə 3 seçmə mərhələdə xal sayını 5-dən 7-yə, 7-dən 9-a olmaqla ədədi silsilə ilə artırdı. Nəticədə 10 oyundan 9 xal toplayan millimiz rekord göstəriciyə imza atdı. Digər müsbət məqam əvvəlki seçmə seçmə mərhələlərdən fərqli olaraq, səfərdə nisbətən güclü rəqiblərlə oyunlarda xalların qazanılması ilə bağlıdır.

9 xaldan 3-ü İsrail, Şimali İrlandiya və Lüksemburqla səfər qarşılaşmalarında əldə olundu. Cəmi 3 oyunda yenilməsi, o cümlədən yalnız 1 dəfə böyük hesabla uduzması, Rusiya ilə son oyunda azlıqda qaldığı halda qol vurmağı bacarması kimi amilləri də yığmamızın aktivinə yazmaq olar.

Bunlarla yanaşı, ötən tsikldə 2 qələbə qazanmış millimizin bu dəfə 1 qələbə ilə kifayətlənməsi heç də yaxşı hal deyil. Yığmamızın Portuqaliya və Rusiya kimi güclü rəqiblərlə oyunlarda ultra-müdafiə futbolu sərgiləyərək, sırf az qol buraxmaq və ya bəxtə arxayın olub heç buraxmamaq üçün oynaması da təqdir edilə bilməz. Ən əsası, komandamız İsrail, Şimali İrlandiya və Lüksemburq millilərinin qeyri-sabit çıxışlarından daha yaxşı yararlanaraq, 3-cü yeri tutmağa çalışmalı, heç olmasa, özündən əvvəlki İsraillə xal fərqinin 5-ə çatmasına imkan verməməli idi.

İstənilən halda, toplanılan 9 xal, qrupda 4-cü yer və seçmə mərhələnin yekunundan sonra açıqlanan FİFA reytinqində 88-ci pillə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatması zamanı Azərbaycanın daha yüksək reytinqli komandalarla eyni səbətdə yer almasına imkan verəcək. Bu isə növbəti seçmə seçmə mərhələdə nisbətən zəif reytinqli komandalarla eyni qrupa düşərək, daha çox xal toplamağa şərait yarada bilər. Hazırkı heyətdəki futbolçuların yaş dövrü və növbəti qitə çempionatının final mərhələsində 16 deyil, 24 komandanın mübarizə aparacağı faktı millimizin seçmə qrupda ilk “3-lüy”ə düşərək, Fransaya vəsiqə şanslarını artırır.

İdman Araşdırmalar Mərkəzi hesab edir ki, Azərbaycan millisinin növbəti seçmə mərhələdə hədəfi dəyişilməli, komandamızın qarşısına təkcə daha çox xal toplamaq yox, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulmalıdır. Yalnız bu vəzifənin öhdəsindən gəlməyə özünü hazır sayacağı halda, Berti Foqtsla müqavilə uzadıla bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail