Pantiç: "Belə oyundan sonra sevinə bilmərəm"

21.10.2013 | 4493 dəfə oxunub

"Belə oyundan sonra sevinə bilmərəm. 2-0 irəlidə olan zaman rəqib hesabı bərabərləşdirdi. 90 dəqiqə ərzində bəxtimiz gətirmədi. Futbolçularım sona qədər mübarizə apardı". Stadium.az xəbər verir ki, bu sözləri AZAL-la oyundan sonra bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib. Pantiç hakimlikdən gileylənib: "Növbəti dəfə həm mən, həm də yetirmələrim soyunub-geyinmə otağına girəndən sonra hakimlikdən narazılıqlarını bildirdilər. Dedilər ki, biz nə edək ki, hakimlik normal olsun?. İdmançıyam, Azərbaycanın futboluna fayda vermək üçün bura gəlmişəm. Çox pis oluram ki, soyunub-geyinmə otağında 28-30 yaşlı futbolçularım mənə deyirlər ki, nə vaxta kimi bu belə davam edəcək? Nə edək ki, bizə qarşı belə münasibət olmasın? Bura gəldiyim ilk gündən bəri hamı ilə yaxşı münasibətdə olmağa çalışıram. Bilmirəm nələr baş verir, günahım nədir? Bəlkə də keçmişdən bizim kluba qarşı nəsə qalıb? Həmişə futbolçularıma deyirəm ki, meydanda hakimə dəstək olsunlar, kömək etsinlər. İnsanıq, səhv ola bilər hər şeydə. Artıq kifayətdir, bilmirəm nə deyim, günah nədədir, səbəb nədir? Bu şeyləri bilmirəm. İşləyirik, məşqlərimizi davam etdiririk, hazırlaşırıq, sona qədər mübarizə aparırıq, amma bilmirəm nədir? Öz oyunçularımla fəxr hiss duyuram, nələri var idi bu gün meydançada qoydular. AZAL-ın qapıçısını da təbrik etmək istəyirəm. Həyatının ən yaxşı oyununu oynadı. Bundan yaxşı, məncə, mümkün deyil. Çempionat irəlidədir. İlk dövrədə AZAL-a məğlub olmuşduq. Bu gün heç-heçə elədik, 1 xal qazandıq, onlar da xal itirdi. Həm mən, həm də komandam sona qədər mübarizə aparacağıq, sona qədər futbol oynayacağıq. Heç nəyə baxmayaraq, üzümü hakimlərə tutub deyirəm ki, sona kimi onların dostu olacam, yaxınlıq edəcəm. Qalanları öz işidir, nə istəyirlər etsinlər. Elxan bu gün ilk oyununu keçirdi, çox yaxşı oynadı, yaxşı futbolçudur. Gələcəkdə də bir sıra gənc futbolçulara şans verməyi düşünürəm. Azərbaycan futbolundakı istedadları üzə çıxarmağa çalışacağam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail