"Mənimlə bağlı statistikanın bu cür davam etməsini istərdim"

21.10.2013 | 4526 dəfə oxunub

"Qırmızı-qaralar"ın 2013-2014 mövsümünün startında rənglərinə bağladığı hücumçu Daniyel Subotiç Premyer Liqanın X turu çərçivəsində keçirilən "İnter" - "Qəbələ" matçında yeganə qola imza atmaqla komandasına qələbə qazandırdı. Stadium.az xəbər verir ki, bu, Subotiçin cari mövsümdə vurduğu 3-cü qol kimi yadda qaldı. Fərqləndiyi oyunlarda (AZAL-"Qəbələ" 1:2, "Qəbələ"-"Rəvan" 3:0) komandası qələbə qazanan forvardın bu statistikası son turda da davam etdi. Matçın ardından qarşılaşma barədə fikirlərini gabalafc.az-la bölüşən Subotiç uğurlu statistikanın davam etməsini istədiyini bildirdi: "İnter"ə qarşı yaxşı oynadığımızı düşünürəm. Bu bizim ən gözəl oyunlarımızdan biri idi. 3-cü qoluma imza atdım. Bu mənim üçün sevindirici haldır. Ən əsası odur ki, bu qol komandama qələbə qazandırdı. Düzünü desəm, qol statistikama diqqət yetirməmişdim. Artıq uğurlu statistikanı yadımda saxlayacağam və hər oyunda qol vurmaqla komandamın qələbə qazanmasına calışacağam".

Subotiç uzaq məsafədən vurulan və baxımlı alınan qol barədə düşüncələrini paylaşmağı da unutmadı: "Gözəl qol alındı. Belə qollar vurmağı sevirəm. Tamamilə düşünülmüş zərbə idi, yəni top təsadüfən çərçivəyə "düşmədi". Qarşımda boşluq var idi və hədəfi açıq görürdüm. Topa qüvvətli zərbə endirdim. Top da "sözümə baxdı" və düşündüyüm traektoriya ilə çərçivəyə daxil oldu".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail