"Rəvan"ın hücumçusu 878 dəqiqəlik susqunluğa son qoydu

21.10.2013 | 3634 dəfə oxunub

"Rəvan” Premyer Liqanın X turunda "Neftçi” ilə qarşılaşdı. Stadium.az xəbər verir ki, oyun bir sıra maraqlı məqamlarla yadda qalıb. İlk öncə onu vurğulayaq ki, indiyədək bu komandalar arasında keçirilən oyunlarda hesabı açan tərəf qol buraxmadan qalib gəlirdi. Amma bu dəfə "Rəvan” hesabı açsa da, "Neftçi” 3 xal qazandı. "Neftçi” ilə oyun "Rəvan"ın taarixi ərzində bütün turnirləri nəzərə almaqla keçirdiyi 130-cu rəsmi görüş oldu. 48 məğlubiyyət fonunda 55 qələbənin olduğunu da bildirək. Premyer Liqada 20-ci səfər məğlubiyyətini alan "Rəvan” elitada vurduğu topların sayını 90-a çatdırdı. Komandanın yarandığı gündən bəri rəqib qapısından keçirdiyi 185-ci qolun müəllifi kimi də yadda qalan Xuan Manuel Varea isə axır ki "şeytanın qıçını qırdı”. Cari mövsüm ilk dəfə fərqlənən argentinalı forvard bununla həm də 878 dəqiqəlik qol həsrətinə son qoydu. Məhz bu qədər müddətdə o meydanda olsa da, rəqib qapısına yol tapa bilməmişdi. Başqa sözlə, Varea 168 günlük həsrətə son qoymuş oldu. Çünki buna qədər sonuncu qolunu o, ötən mövsümün sonlarında - mayın 4-də "Sumqayıt”a qarşı matçda vurmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail