"Xəzər Lənkəran" Naxçıvanda məskunlaşdı FOTOLENT

21.10.2013 | 4229 dəfə oxunub

Bu gün Azərbaycan Superkuboku uğunda matç üçün Naxçıvana yola düşən “Xəzər Lənkəran” artıq 5 ulduzlu “Duzdağ” otelində məskunlaşıb. Stadium.az xəbər verir ki, saat 14:00-da Azərbaycan Hava Yollarının “Lənkəran” adlı “Boinq 757-200” tipli təyyarəsi ilə yola düşən komanda 55 dəqiqəlik rahat uçuşdan sonra Naxçıvan Beynəlxalq Hava Limanına çatdı. Komanda daha sonra məskunlaşacağı Muxtar Respublikanın ən tanınmış oteli sayılan “Duzdağ”ın yolunu tutdu. Qısamüddətli istirahətdən sonra "Xəzər Lənkəran"lı futbolçular saat 17:00-da adıçəkilən otelin kiçik ölçülü futbol meydançasında məşqə çıxdı. Bir saatlıq məşqdən sonra komanda istirahətə çəkildi. Hazırda klub prezidenti də başda olmaqla bütün klub rəsmiləri “Duzdağ” otelindədir. “Xəzər Lənkəran” Naxçıvana çatdıqdan sonra Muxtar Respublikanın güc strukturlarının rəhbərləri oteldə klub rəhbərliyini ziyarət edərək lazım olan bütün köməkliyi göstərməyə hazır olduqlarını, burada olduqları müddətdə komandanın təhlükəsizliyinin ən yüksək səviyyədə qoruyacaqlarını bildiriblər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail