Rafael Ağayevdən növbəti qızıl

22.10.2013 | 4655 dəfə oxunub

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq yarışlarda uğurla təmsil edən karateçi Rafael Ağayev medal kolleksiyasına daha bir qızıl əlavə edib. Stadium.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən döyüş növləri üzrə dünya çempionatında rəqiblərinə heç bir şans verməyən Rafael nəticədə fəxri kürsünün birinci pilləsində qərarlaşıb. Karateçimiz ilkin mərhələdə Misir, Hollandiya və ABŞ-dan olan döyüşçüləri məğlub edib. Yarımfinalda Ağayev Almaniya təmsilçisini üstələyib - 4:0. Finalda Rafael 75 kq çəki dərəcəsində ən iddialı rəqiblərindən olan italiyalı Luici Busu tatamiyə çıxmağına peşman edib - 7:1. Beləliklə, Rafael Ağayev döyüş növləri üzrə ilk dünya çempionatının qalibi adını qazanıb. Xatırladaq ki, yarışda Azərbaycanı təmsil edən digər karateçimiz Şahin Atamov da qızıl medala sahib olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail