“Neftçi” və “Qarabağ” üçün yubiley oyunları

23.10.2013 | 3708 dəfə oxunub

Premyer Liqanın XI turu Azərbaycan çempionatlarında ən çox oyun keçirən 2 klub üçün əlamətdar olacaq. Stadium.az xəbər verir ki, bütün yarışlarda güclülər dəstəsində çıxış etmiş “Neftçi” və “Qarabağ” qarşıdakı turda 600-cü matçına çıxacaq. 22-ci mövsümündə 600-ü “fəth edəcək” hər iki komanda yubiley matçını səfərdə keçirəcək. “Neftçi” “Şəfa”da “Simurq”un, “Qarabağ” isə Lənkəranda “Xəzər Lənkəran”ın qonağı kimi 600-ə çatacaq.

Topaz Premyer Liqasının şərikli liderləri olan yubilyarlar 1992-ci ildən indiyədək keçirdikləri 599 matçın yarısından çoxunda qalib gəlib. “Neftçi” qələbə, qol və xal sayında daha üstündür.

Neftçi  (Bakı)

599

363

131

105

1104-399

1220

Qarabağ  (Ağdam)

599

314

143

142

856-506

1085

294-cü dəfə səfərdə oynayacaq “Neftçi” öz meydanında da eyni sayda oyuna çıxıb. “Qarabağ” isə öz meydanında 293 dəfə oynayıbsa, 295-ci səfərə yollanacaq. Hər 2 komanda neytral meydanlarda 12 görüş keçirib.

Hər iki komanda ilk matçını 1992-ci ilin mayında keçirib. “Qarabağ” ayın 3-də Sabirabad “İnşaatçı”sı ilə ev oyununda uduzub – 1:2. “Neftçi” isə 5 gün sonra Sumqayıt “Xəzər”ini 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, çempionatda ən çox oyun keçirən 3-cü komanda “Turan”dır – 584 matç.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail