"Qəbələ" - "Sumqayıt": 6-cı duelə doğru

24.10.2013 | 4362 dəfə oxunub

Bu həftə Premyer Liqanın XI turun oyunları keçiriləcək. Stadium.az xəbər verir ki, II dövrədə ilk ev oyununa çıxacaq “Qəbələ” oktyabrın 25-də çempionatın autsayderlərindən biri “Sumqayıt”la görüşəcək. Yuri Syominin yetirmələri I dövrədə gözlənilmədən uduzduğu rəqibdən həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

İlk dəfə 2 il əvvəl üz-üzə gələn komandalar 2011/12 mövsümündə də, 2012/13 mövsümündə də 2 dəfə qarşılaşıb. Cari çempionatda artıq 1 dəfə qarşılaşan komandalar ümumilikdə 6-cı duelə çıxacaq. İndiyədək yalnız çempionatda baş tutan görüşlərdə “qırmızı-qaralar” böyük üstünlüyə malikdir. 

Cari mövsümədək bütün oyunlarda qalib gələn “Qəbələ” ilk dəfə 2 ay əvvəl məğlubiyyət acısı yaşayıb. Lakin 4 qələbəsi və cəmi 1 yenilgisi olan komanda həmin görüşdə də qol sevinci yaşayıb. Top fərqində də “Qəbələ” üstünlüyə malikdir – 11:5.

“Qırmızı-qaralar”ın bu oyunlardakı qollarını 9 futbolçu vurub. Luiz Hilario və Viktor Mendi daha çox – hərəyə 2 dəfə fərqləniblər. Rəqibin heyətində isə Ruslan Qurbanov 2 qola imza atıb. “Qəbələ”nin 11 qolundan 6-sı 1-ci, 5-i 2-ci hissədə vurulub.

Ev oyunlarında qələbələri sıralayan komanda hər 2 matçda qol buraxmaqla qalib gəlib. Bu isə oyunların məhsuldarlığını göstərir. Belə ki, “Qəbələ”nin 2 ev oyununda ümumilikdə 9 dəfə top qapıdan keçib.

2011/12. Premyer Liqa 
14.08.2011. Sumqayıt Şəhər - Qəbələ - 1:2
Orxan Əliyev, 90+3 - Luiz Hilario, 5; Daniel Lopes Kruz, 41

2011/12. Premyer Liqa 
04.12.2011. Qəbələ - Siumqayıt Şəhər - 3:1
Serj Cehua, 37; Luiz Hilario, 70; Viktor Mendi, 86 - Samir Abbasov, 39

2012/13. Premyer Liqa 
26.08.2012. Qəbələ - Sumqayıt - 4:1
Bruno da Silva, 33; Umar Kalabane, 53; Rəşad Abdullayev, 55; Umar Kalabane, 71 - Ruslan Qurbanov, 18

2012/13. Premyer Liqa 
08.12.2012. Sumqayıt - Qəbələ - 0:1
Viktor Mendi, 39

2013/14. Premyer Liqa 
19.08.2013. Sumqayıt - Qəbələ - 2:1
Vüqar Əsgərov, 4, Ruslan Qurbanov, 62-p. - Yannik Kamanan, 14



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail