”Xəzər Lənkəran”ın 6-cı titulu

24.10.2013 | 4395 dəfə oxunub

“Xəzər Lənkəran” tarixinin 6-cı titulunu qazanıb. Stadium.az xəbər verir ki, 2004-cü ildə yaranan komanda 9 il ərzində sayca 6-cı olan mükafatını ilk dəfə qatıldığı Azərbaycan Superkubokunda əldə edib. “Ağ-yaşıllar” 4-cü Superkuboka “Neftçi”ni 2:1 hesabı ilə məğlub etməklə sahib çıxıb. Bununla da Con Toşakın yetirmələri 883 günlük titul həsrətinə son qoyub. 2011-ci il mayın 24-də Azərbaycan kubokunun finalında “İnter”i məğlub etməklə mükafatı başı üzərinə qaldıran “Xəzər Lənkəran” həmin vaxtdan qalib adını qazanmırdı. Komandanın baş məşqçisi Con Toşak cənub təmsilçisini titula daşıyan 3-cü çalışdırıcıdır. Uelsli mütəxəssisədək ilk 4 uğura Ağasəlim Mircavadovun rəhbərliyi altında çatan “ağ-yaşıllar” 2 il əvvəl kuboku rumıniyalı Mirça Redniklə əldə etmişdi. “Xəzər Lənkəran” 6 mükafatını 4 müxtəlif yarışda - 1 dəfə çempionat, 3 dəfə kubok, 1 dəfə Superkubok və 1 dəfə Birlik kubokunda qazanıb.

Azərbaycanda ilk dəfə titul sahibi olan Toşak isə karyerasında 20-ci dəfə qalib adına yiyələnib. Bunadək o, 12 dəfə futbolçu, 3 dəfə oynayan məşqçi və 4 dəfə baş məşqçi kimi titul əldə etmişdi. Baş məşqçi kimi sayca 5-ci, ümumilikdə isə 20-ci titula “Xəzər Lənkəran”da çatan uelslinin fərqi mükafatları da yetərincədir. Futbolçu kimi Toşak 3 Uels kuboku, 3 İngiltərə çempionluğu, İngiltərə kuboku və İngiltərə Superkubokunu qazanıb. Beynəlxalq arenada isə Çempionlar kuboku, 2 UEFA kuboku və UEFA Superkubokuna sevinib. Oynayan məşqçi kimi 3 dəfə Uels kubokunu qazanan Toşak futbolçu karyerasını bitirdikdən sonra baş məşqçi kimi komandalarına İspaniya kuboku, İspaniya Superkuboku, İspaniya çempionu və Türkiyə kubokunu qazandırmışdı. Uelsli son nailiyyətinə 15 il əvvəl “Beşiktaş”la Türkiyədə kubok qazanarkən imza atmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail