Mais Mənsimov: "Sadıq Sadıqov da dedi ki "Siz qələbəyə layiq idiniz!" Müsahibə
“Xəzər Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimov Naxçıvanda keçirilən Azərbaycan Superkuboku uğrunda matç sonrası klubun rəsmi saytına müsahibə verib. Klubun prezidenti “Xəzər Lənkəran”ın Superkubokun qalibi olmasına münasibət bildirməklə yanaşı matç ətrafı bir çox məsələlərə toxunub.
- Mais müəllim, ilk olaraq sizi “Xəzər Lənkəran”ın Azərbaycan kubokunun qalibi olması münasibətilə təbrik edirik.
-
Çox sag olun. İlk olaraq fürsətdən istifadə edib ölkəmizdə keçirilən Prezident
seçkilərində növbəti dəfə qalib olaraq Azərbaycan Respublikasının prezidenti
seçilən cənab İlham Əliyevi “Xəzər Lənkəran” klubu adından təbrik edirəm. Cənab
İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğını biz “Xəzər Lənkəran”
klubu olaraq həmişə hiss etmişik. Prezidentimizin yürütdüyü daxili və xarici
siyasəti həmişə dəstəkləyərək onun arxasında olmuşuq. Bu gündə Naxçıvanda
keçirilən Superkubok matçını məhz futbolun kütləviləşməsinə dair bəndin yer
aldığı ölkə prezidentinin “Futbolun İnkişafına Dair Dövlət Proqramı”nın bir
parçası kimi qəbul edirik.
- Naxçıvanda ilk dəfə idi ki, ölkə futbolu adına belə bir əhəmiyyətli matç keçirilirdi.Təşkilatçılıqdan bir klub prezidenti olaraq razı qaldınızmı?
-
Sözün düzü özümüzü evdəki kimi hiss etdik. AFFA prezidenti cənab Rövnəq
Abdullayevə minnətdarıq ki, bu oyunu məhz qədim diyarımız olan Naxçıvana
salınmasına göstəriş vermişdi. Rövnəq müəllim bölgələrdə futbolun inkişafı üçün
həmişə çalışıb və bu yöndə üzərimizə bizim də “Xəzər Lənkəran” klubu olaraq nə
düşürsə həmişə əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik. Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbova isə xüsusi
minnətdarlığımı bildirirəm. Onun tapşırığı ilə burada olduğumuz müddətdə ən
kiçik problem belə yaşanmasına imkan verilmədi. Vasif müəllimin göstərişi ilə
Gənclər və İdman Naziri Azad Cabbarov hər gün yanımızda olur, problemlərimizlə
maraqlanırdı. Bir sözlə belə təşkilatçılıq ən xoş sözlərə layiqdir. Bir daha
başda cənab Vasif Talıbov olmaqla hamıya klubumuz adından təşəkkür edirəm.
- Matç yetərincə gərgin alındı və sonda “Xəzər Lənkəran” qalib gəldi. Oyundan öncə futbolçularla görüşdünüz. Bilmək olarmı komandaya nələr söylədiniz?
- Mən futbolçularıma
həmişə inanmışam. Onların potensialının bu gün qalib gəlməyə yetərli olacağına
inandığımı bildirdim. Matçda onlardan layiqli oyun, qələbə gözlədiyimi
söyləyərkən futbolçularda hamılıqla qələbə qazanacaqlarına söz verdilər.
Gördüyünüz kimi komandamız layiqli oyunla qalib gəldi və verdikləri sözə əməl
etdilər.
- Azarkeşlərdən söz düşmüşkən, stadionda yetərincə “Xəzər Lənkəran”ı dəstəkləyən azarkeş vardı...
- Elədir. Əslində etiraf
edim ki, “Xəzər Lənkəran”ın Naxçıvanda bu dərəcədə sevildiyini bilmirdim və
bununla qürur duydum. Biz özümüzlə Naxçıvana heç bir azarkeş aparmamışdıq.
Hətta VİP lojada onlarla naxçıvanlı azarkeş hər iki klubun rəsmilərinin yanında
“Xəzər Lənkəran”a azarkeşlik etdiklərini söylədilər. Bundan başqa mənə məlumat
verildi ki, burada az sayda cənublu tələbələr də var və onlar da komandamızı
dəstəkləyənlər arasında idilər. Mən bizə inanan, bizi dəstəkləyən bütün
insanlara minnətdarlıq edirəm.
- Qələbə topu vurularkən sevincinizin həddi-hüdudu yox idi. Maraqlıdır, hesab bərabərləşərkən qələbəyə inamınız itməmişdi ki?
- Əsla! Bu gün biz çox
gözəl oynadıq. Hətta oyundan sonra “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovda
məni təbrik edərkən belə bir ifadə işlətdi ki, “Siz qələbəyə layiq idiniz!”.
Ona görə də final fitinə qədər futbolçularıma, baş məşqçimizi Con Toşaka
inanırdım.
- Con Toşakın adını çəkdiniz. Təcrübəli mütəxəssis Avroliqadakı oyun sonrası istefa vermək istərkən siz klub prezidenti olaraq onun istefasını qəbul etmədiniz. Bu gün nə qədər doğru addım atdığınız bir daha sübut olundu. Bununla razısızmı?
- Bəli. Çünki, Toşakın
səviyyəsini müzakirə etmək belə yersizdir. Onun klubumuzun başına gətirilməsi
Azərbaycan futbolunun inkişafı, təbliğatı adına çox böyük bir addımdır. Cənab
Toşaka klub rəhbərliyi olaraq həmişə inanmışıq, onun arxasında olmuşuq. Çox
doğru qeyd etdiniz ki, o vaxtı biz doğru addım ataraq onun istefasını qəbul
etmədik. Bu gün “Xəzər Lənkəran” ölkə çempionatında hansı yerdə
qərarlaşmasından asılı olmayaraq ən baxımlı futbol oynayan komandadır. İnanıram
ki, “Xəzər Lənkəran” bu mövsüm qarşısına qoyduğu məqsədlərə Con Toşakın
təcrübəsi və bacarığı ilə nail olacaq.
- Bir daha sizi “Xəzər Lənkəran”ın Azərbaycan Superkubokunun qalibi olması münasibəti ilə təbrik edirəm.
- Sizdə sağ olun! Bir daha başda fəxri prezidentimiz Mübariz Mənsimov cənabları olmaqla bütün azarkeşlərimizi klub prezidenti olaraq təbrik edirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |