Pantiç: "İmkan versələr, istəyimiz qələbə qazanmaqdı"

24.10.2013 | 5537 dəfə oxunub

"Bakı"nın baş məşqçisi Milinko Pantiç sabah Premyer Liqanın 11-ci turu çərçivəsində “Rəvan”a qarşı keçiriləcək oyun haqda danışıb. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis özünə və komandasına inandığını bildirib: "Azərbaycan premyer-liqasında asan qarşılaşma görməmişəm. Mən də istəyirəm rahatlıqla qələbə qazanaq. Nəinki “Rəvan”a, heç bir komandaya yuxarıdan aşağı baxmıram. İmkan versələr, istəyimiz qələbə qazanmaqdı. Təbii, burda “Rəvan”ı nəzərdə tutmuram. Ortada başqa nüanslar var ki, bizə maneə törədir. Yaxşı düşüncələrimiz var, daim onu meydana sirayət etdirmək planı cızırıq. Hər bir peşəyə və hər bir insana hörmət edirəm. Amma özümü daha güclü sayıram. Yetirmələrimin də mənim kimi düşünməsini istəyirəm. İlk dövrədən fərqli indi rəqib komandanı PRO kateqoriyalı Şahin Diniyev çalışdırır. Bilirəm, onun da bizə qarşı hazırladığı taktiki planlar var. Bu gün məni ilk növbədə “Bakı” maraqlandırır, “Rəvan” ikinci yerdədi. Futbolçularıma inanır və qələbə qazanmaq yönündə qorxum yoxdu. Turnir cədvəlinə gəlincə, reallıqda “Qarabağ” və “Neftçi” 7 xal bizdən öndədi. Amma onlarla çempionatın sonuna kimi 3 oyunumuz qalıb. Elə problemlər var ki, gecədən gündüzə həll olunmur. Hazırkı  mövqeyimiz səbrlə vəziyyəti öz xeyrimizə dəyişəcəyimizi xarakterizə edir". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail