"Bakı" "Rəvan"la görüşün hazırlıqlarını tamamladı

24.10.2013 | 4797 dəfə oxunub

"Bakı” sabah 11-ci tur çərçivəsində “Rəvan”ın qonağı olacaq. Stadium.az xəbər verir ki, komanda bu gün oyunöncəsi saatyarımlıq son məşqini keçirib. Saat 11.00-da başlayan hazırlığa isinmə hərəkətləri ilə start verilib. Futbolçuları çox yükləməyən baş məşqçi Milinko Pantiç ardından əyləncəli əltopu oynamaq tapşırığı verib. Küləkli və soyuq hava şəraitində keçən məşqin digər bölümündə isə komanda üzvləri “kvadrat” oynayıb. Daha sonra qısa və uzaq məsafələrə qaçmaqla yarışan oyunçular son 15 dəqiqədə cinah hücumları üzərində çalışıb. Zədəsini sağaltmaqla məşğul olan Kamran Ağayev, Mario Rubio, Elvin Əliyev və Şəhriyar Əliyev hazırlıqda iştirak etməyib. Yüngül zədəsi olan Ruben Qonsales isə fərdi çalışmaqla kifayətlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail