Ərsun Yanal: "İstefa verə bilərəm"

25.10.2013 | 5400 dəfə oxunub

Türkiyə Superliqasında 19 xalla vahid lider olan "Fənərbaxça"da keçiriləcək prezident seçkilərinin komanda üzvlərinə necə təsir edəcəyi böyük maraq doğurur. Stadium.az xəbər verir ki, klubun yeni prezidentinin kim olacağı və həmin şəxsin Ərsun Yanalla çalışıb-çalışmayacağı bəlli deyil. Təcrübəli mütəxəssis Türkiyə mətbuatına verdiyi açıqlamada Əziz Yıldırımın prezident seçilməyəcəyi halda, klubdan gedəcəyini istisna etməyib: "Belə bir vəziyyət yatanacağı halda, lazım olanı edərəm. Yəni, istefa verib, postumdan gedərəm. Amma yeni rəhbərlik klubda qalmağımı istəsə, yolumuza davam edəcəyik".

Bununla belə, Yanal Yıldırımın istənilən qərarına hörmətlə yanaşacağını qeyd edib: "İndiki məqamda mənim üçün önəmli olan Əziz Yıldırımın qəbul etdiyi qərardı. Həmin qərara da hörmətlə yanaşmalıyıq. Əgər, Əziz Yıldırım namizədliyini irəli sürsə və yenidən prezident seçilməsə, o zaman istefamı verib, yeni prezidentin qəbul edəcəyi qərarı gözləyərəm. Doğru olan da məhz budur".

Ərsun Yanal bu vəziyyətin komandanın çıxışına təsir etməyəcəyini qeyd edib: "Futbolçularıma da dedim ki bu məsələnin sizinlə heç bir əlaqəsi yoxdur. Seçki keçiriləcək və yeni prezidentin adı bəlli olacaq. Məvacib və mükafatlarınızla bağlı hər hansı bir problem yaşamayacaqsınız. Rahat olun, fikrinizi də ancaq məşq və oyunlara yönəldin". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail