"Simurq" bu gün "Neftçi"ylə oyuna hazırlıqları tamamlayacaq

26.10.2013 | 5508 dəfə oxunub

Premyer Liqanın XI turunda "Simurq" "Neftçi"ni qonaq edəcək. Stadium.az xəbər verir ki, oktyabrın 27-də "Şəfa" stadionunda keçiriləcək qarşılaşmaya Zaqatala təmsilçisi hazırlıqları davam etdirir. Dünən axşam saatlarında növbəti məşqinə çıxan "Simurq", iki saata yaxın davam edən çalışmalara qaçış və isinmə hərəkətləri ilə başlayıb. Bundan sonra taktiki və texniki təmrinlər yerinə yetirilib, ikitərəfli oyunun ardından qapıya zərbələr edilib. Bu gün axşam saatlarında növbəti məşqinə çıxacaq komanda, hazırlıqları tamamlayaraq istirahətə çəkiləcək. Heyətdə "Neftçi"ylə oyunöncəsidə zədəli və cəzalı futbolçuların çoxluğu məşqçilər korpusunu düşündürən məsələlərdəndir. Belə ki, qırmızı vərəqə cəzalıları Draqan Çeran, İlkin Qırtımov və İdan Vaitzman, sarı vərəqə limiti dolan Rəşad Eyyubovla yanaşı, zədəli Rövşən Əmiraslanov bu görüşdə forma geyinə bilməyəcək. Ötən tur oyunöncəsi məşqdə damarın dartan Dilaver Zrnanoviç, "Neftçi"ylə oyunda komandasına kömək edə biləcək. Bosniyalı futbolçu artıq məşqlərdədə iştirak edir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail