“Rəvan” hazırlıqlara başladı

28.10.2013 | 4762 dəfə oxunub

"Rəvan” Premyer Liqanın 11-ci turu çərçivəsində "Bakı” ilə qarşılaşdıqdan sonra komanda üzvlərinə 2 günlük istirahət verilmişdi. Stadium.az xəbər verir ki, şənbə və bazar günü dincələn futbolçular bu gün yenidən bir araya gəlib. "Rəvan” 12-ci turda üz-üzə gələcəyi "İnter”lə oyunun hazırlıqlarına start verib. Bu gün "Bayıl Arena”da baş tutan məşqdə baş məşqçi Şahin Diniyev Tofiq Mikayılov istisna olmaqla, bütün yetirmələrinə tapşırıqlarını verə bilib. Çünki zədəli Elvin Həsənəliyevlə Sohib Savankulov, eləcə də son oyunu cəzalı olmasına görə buraxan Miloş Adamoviç komanda ilə hazırlıqlara qatılıb. Bügünkü çalışmalar taktiki-texniki yöndə olub. Baş məşqçi yetirmələrinin topla rəftarının səviyyəsini yüksəltmək üçün müxtəlif təmrinlər həyata keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail