Syomin: "Görün, biz azarkeşlərdən, futboldan nə qədər vaxt “oğurlamışıq?
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin futbolda böyük təcrübəyə malik insan kimi təkcə oyun planında deyil, müxtəlif mövzularda dəyərli fikirləri ilə diqqət mərkəzinə düşür. Stadium.az xəbər verir ki, 2013-2014 mövsümünün startından ölkəmizdə fəaliyyət göstərən rusiyalı mütəxəssis açıqlamalarında Premyer Liqanın səviyyəsindən razı qaldığını bildirsə də, çatışmazlıqların olduğunu da gizlətmir. Artıq ölkə futboluna bələd olan çalışdırıcıdan çatışmazlıqlar barədə fikrini öyrəndikdə, oyunlar zamanı "Fair Play" qaydalarının tətbiqindəki problemləri xüsusilə qabartdı. "gabalafc.az" eksklüziv açıqlamasında Yuri Syomin bu barədə fikirlərini belə izah etdi: "Bu məsələ ilə bağlı futbolçularıma verdiyim tövsiyələr haqda sizləri məlumatlandırmaq istəyirəm. Biz “Fair Play” qaydalarını alqışlayırıq, ona tabe oluruq. Ancaq bu prosesdə futbolçuların söz sahibi olmasına qarşıyıq. Həm “Fair Play”i, həm də oyunun dayandırılmasını hakim müəyyənləşdirir. Meydanda futbolçular arasında mübarizə çərçivəsində toqquşma olanda, biz oynamağa davam edirik. Fərqi yoxdur, bu, bizim, yoxsa rəqibin futbolçusudur. Mən bunu ilk növbədə azarkeşlərə görə deyirəm. Futbolsevərlər stadiona oyunçunun yerdə yıxılıb qalmasını, bir dəqiqə sonra isə heç nə olmamış kimi mübarizəni davam etdirməsini izləmək üçün gəlmirlər. Belə hallar olanda, oyunu dayandırmağa məcburuq. Məsələn, “Sumqayıt”la səfər matçımızda 12 belə dayanma olmuşdu. Hər epizodu 40 saniyə ilə götürək, görün, biz azarkeşlərdən, futboldan nə qədər vaxt “oğurlamışıq? Təbii ki, ciddi zədələnən futbolçu olan zaman bunu hətta tribunadakı azarkeşlər də görürlər və belə məqamda oyunun dayandırılması normaldır”.
Baş məşqçi həm Premyer Liqamızda, həm də öz komandasında sürəti artırmalı
olduqlarını bildirib. Syominin sözlərinə görə, hakimin fiti olmadan topu kənara
çıxarmaq oyunun tempini aşağı salır: “Toqquşmadan asılı olmayaraq top
bizdədirsə, mübarizəni davam etdirəcəyik. Hakim oyunu dayandırarsa, bu, onun
hüququdur. Ancaq dayandırmazsa, biz bunu etməyəcəyik. Çünki hakim fitini
verməmiş oyunu saxlamaq düzgün deyil. Nə FİFA, nə də beynəlxalq qaydalarda var
ki, oyunçular ya komanda yoldaşı, ya da rəqib yerə yıxılanda oyunu
dayandırmaqla bağlı özləri qərar versinlər. Futbolçunun buna ixtiyarı yoxdur.
Digər komandaların məsələyə münasibətinə gəlincə, bu, artıq onların öz işidir.
Bizimlə oyunda necə istəyirlər, elə də etsinlər. Ona görə digər komandalara
müraciət edirik ki, biz hakimin fiti olmadan oyunu saxlamayacağıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |