Fərhad Vəliyev "Qarabağ"ın uğrunun sirrini açıqladı

29.10.2013 | 5536 dəfə oxunub

"Açığı, fikir verməmişəm sonuncu dəfə nə zaman penaltini qaytarmışam. Amma "Visla" ilə oyun yadımdadı. Həmin oyunu kim unudar ki?" Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Fərhad Vəliyev deyib. Klubun rəsmi saytına danışan təcrübəli qolkiper "Xəzər Lənkəran"a qarşı keçirilən oyunda mühüm qələbə qazandırlarını qeyd edib: "Komandamız çox yaxşı oynadı. Hər kəs sona qədər mübarizə apardı. Çox vacib  qələbə qazandıq. Penalti epizoduna gəlincə, təbii ki inanırdım özümə. Yox, rəqibin hara vurması haqqında öncədən bir bilgim yox idi. Sadəcə, bir az təcrübə, bir az da onun topa gəlməyini nəzərə aldım. Sevindiricidi ki, artıq 5 oyundu qol buraxmırıq. Meydana kim çxırsa komanda uğrunda mübarizə aparır. Uğurumuzun əsas səbəbi budur. Çempionat hələ yeni başlayıb. Qarşıda çox oyun var. Belə oyunlarda qələbə qazanmaq komandaya əlavə stimul verir. Qarşıdan `Qəbələ` ilə oyun gəlir. Qəbələlilər bu mövsüm olduqca uğurlu çıxış edir. Çempionluğa iddialıdırlar. Ona görə də gərgin və maraqlı oyun olacaq. Təbii ki, meydana 3 xal üçün çıxacağıq. Azarkeşlərimizə səslənirəm. Bizə dəstək olsunlar sonuna qədər. Lənkəranda bizə yaxşı dəstək oldular. İndi növbə Bakıdakı oyundadı".

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail