Dieqo Kosta seçimini etdi

30.10.2013 | 4006 dəfə oxunub

İspaniyanın “Atletiko” klubunun futbolçusu Dieqo Kosta Braziliya milli komandasında oynamaqdan imtina edib. Lent.az-ın “AS” nəşrinə istinadən verdiyi məlumata görə, Braziliya və İspaniya vətəndaşlığına malik hücumçu notariusun təsdiqi ilə Braziliya Futbol Konfederasiyasına (CDF) məktub yazıb. Məktubda o, “sambaçılar”ın Çili və Hondurasla noyabrda keçirəcəyi yoldaşlıq görüşlərinə çağırışı rədd edib. 25 yaşlı forvard İspaniya millisində oynayacağına dair yekun qərar qəbul etdiyini də vurğulayıb. Daha öncə CBF rəsmiləri Kosta Braziliya yığmasından imtina edəcəyi halda, FİFA-ya şikayət edəcəklərini bildiriblər. Bu il “Atletiko”nun hücumçusu “sambaçılar”ın heyətində 2 oyuna çıxıb. Martda keçirilmiş həmin yoldaşlıq görüşlərində Braziliya İtaliya ilə 2:2, Rusiya ilə 1:1 hesablı heç-heçə edib. Qeyd edək ki, Dieqo Kosta bu mövsüm İspaniya çempionatında 10 oyuna 11 qolla bombardirlər siyahısına başçılıq edir. O, Braziliyada doğulsa da, 18 yaşında Avropaya gəlib. Kosta “Atletiko” ilə 2006-cı ilin dekabrında müqavilə bağlasa da, əsas heyətə yalnız 2012-2013-cü il mövsümündə düşüb. Hücumçu Avropa Liqası, UEFA Superkuboku və İspaniya Kubokunu qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail