“Neftçi” – “Xəzər Lənkəran” matçı ilə bağlı DİN-ə müraciət olundu

30.10.2013 | 5130 dəfə oxunub

Peşəkar Futbol Liqası (PFL) noyabrın 2-də “Neftçi” və “Xəzər Lənkəran” arasında keçiriləcək Topaz Premyer Liqasının XI tur matçı ilə əlaqədar Daxili İşlər Nazirliyinə və Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib. Bu barədə Lent.az-a PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Onun sözlərinə görə, son illərin ən prinsipial rəqiblərinin üz-üzə gələcəyi oyunda təhlükəsizlik tədbirlərinə böyük önəm veriləcək. Şahgəldiyev “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlara qonaq komanda azarkeşlərinin buraxılmayacağına dair AFFA İntizam Komitəsinin qərarını xatırladıb. PFL rəsmisi bildirib ki, matçın keçiriləcəyi “Bakcell Arena”da “Xəzər Lənkəran” azarkeşləri üçün sektor ayrılmayacaq. Eyni zamanda, Lənkərandakı oyunda “Neftçi” azarkeşləri üçün də sektor müəyyənləşdirilməyəcək: “Biz İntizam Komitəsinin qərarını hər iki kluba xatırlatmışıq. Həm “Neftçi”, həm də “Xəzər Lənkəran” rəhbərliyi qərardan məlumatlı olduğunu bildirib”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail