"Simurq" hazırlıqlara ara vermədən davam edir

30.10.2013 | 4651 dəfə oxunub

"Simurq" "Bakı"yla oyunun hazırlıqlarını ara vermədən davam etdirir. Stadium.az xəbər verir ki, "Neftçi"lə oyundan sonra baş məşqçi Georgi Çixradze yetirmələrinə istirahət vermədi. Premyer Liqanın 12-ci turunda paytaxt təmsilçisinin qonağı olacaq komanda görüşə hazırlıqları "Şəfa" stadionunda davam etdirir.  Gündə bir dəfə olmaqla məşqə çıxan Zaqatala təmsilçisinin heyətində cəzalı futbolçuların geri qayıtması məşqçilər korpusunu sevindirən amillərdəndir. Draqan Çeran, Rəşad Eyyubov və İdan Vaitzman "Bakı"yla görüşdə forma geyinə biləcək. İlkin Qırtımov isə son dəfə oyundan kənarda qalacaq. Uzun müddətdir ki, zədə səbəbindən əziyyət çəkən Rövşən Əmiraslanov isə artıq komandayla məşqlərə başlayıb. Qeyd edək ki, "Bakı" - "Simurq" oyunu yeni ayın ilk günündə, saat 15:00-da “Bakı” FK-nın təlim-məşq bazasının stadionunda keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail